HDP-nin Ankara, İstanbul və Adana təşkilatının sədrləri tutulub

HDP-nin Ankara, İstanbul və Adana təşkilatının sədrləri tutulub

GünAz TV: Türkiyədə PKK terror təşkilatının siyasi qanadı hesab olunan Xalqların Demokrat Partiyasının (HDP) rəhbərliyində təmsil olunan şəxslər həbs edilib.

 

Məlumata görə, Ankara, İstanbul və Adana şəhərlərində əməliyyat keçirilib. Ümumilikdə, terror şübhəsi ilə partiyanın 62 üzvü saxlanılıb. Saxlanılanlar adasında HDP-nin İstanbul vilayət təşkilatının sədri Aysel Güzel, Ankara vilayət təşkilatının sədri İbrahim Binici, Adana vilayət təşkilatının həmsədrləri Hüseyn Beyaz və Gülseren Tural da var.

 

Qeyd edək ki, dekabrın 10-da İstanbulda “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 30-u polis əməkdaşı olmaqla, 39 nəfər həlak olub, 155 nəfər yaralanıb. APA

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN