Heather Nauert: “İraqda mərkəzlərimizə edilən hücumlara görə İran məsuliyyət daşıyır”

Heather Nauert: “İraqda mərkəzlərimizə edilən hücumlara görə İran məsuliyyət daşıyır”

GünAzTV: ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert, sentyabrın 20-də jurnalistlərə açıqlamasında Amerikanın İradakı diplomatik və hərbi mərkəzlərinə qarşı edilən raket hücumlarından və İranın bu barədəki rolundan danışıb.

 

İraqda Amerika mərkəzlərinə qarşı edilən raket hücumlarının arxasında İranın olduğunu bildirən Nauert, rəsmi Tehrana xəbərdarlıq edərək deyib ki, əgər hər hansı bir Amerika vətəndaşı təhlükə ilə üz-üzə qalsa, bunda İran məsuliyyət daşımalı olacaq: “Biz İran rejimini İraqda mərkəzlərimizə qarşı edilən hücumlara görə təqsirkar sayırıq. Bu hücumların əsas məsliyyəti İranın üzərinə düşür. Bizim dövlət katibimizin də ötən həftə bildirdiyi kimi, bizim Bəsrə şəhərindəki mərkəzlərimizə “Katyuşa” raketləri atılıb. Oxşar hücumlar, Bağdadda səfirliyimizə qarşı da edilib. Bu isə qəbuledilməzdir.

 

Hesab edirik ki, İran rejimi keçmişdə olduğu kimi, bu gün də, bölgədə sabitliyin pozulmasının əsas amili və səbəbkarı olaraq qalır. Təəssüflər olsun ki, onlar (iranlılar) dəstəklədikləri xarici yaraqlılar vasitəsilə digər dövlətlərə və ayrı-ayrı şəxslərə qarşı hücumları davam etdirirlər. Bir daha xəbərdarlıq edərək açıq şəkildə bildirirəm ki, əgər bu kimi hücumlarda hər hansı bir Amerika vətəndaşı həyatını itirsə, biz yalnız İranı bu işdə təqsirkar sayacağıq”.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN