Heç bir ölkə partlamış İran tankerinə yardım təklif etməyib

2019-10-11 12:51

GünAz TV: İran Milli Tanker Şirkətinin icraçı direktoru Nəsrullah Sərdəşti heç bir ölkənin bu gün partlamış İran tankerinə yardım təklif etməməsindən şikayətlənib.

 

O, ekipaj üzvlərinin zərər görmədiyini və gəmidə olan neftin Qırmızı dənizə axmasının qarşısının alındığını deyib.

 

İcraçı direktor tankerin hələ ki, hərəkətə başlamadığını deyib. Onun sözlərinə görə, yenidən hərəkətə başladıqdan sonra gəmi Qırmızı dənizi tərk etmək üçün öz trayektoriyasını dəyişdirəcək.

 

Sərdəşti hələ ki, partlayışların hansı səbəbdən baş verdiyinin məlum olmadığını, bu istiqamətdə araşdırmaların getdiyini deyib.

 

Qeyd etmək lazımdır ki, bu gün səhər saat 05:00-da və 05:20 radələrində Səudiyyə Ərəbistanının Ciddə limanı yaxınlığında İrana məxsus tankerdə iki güclü partlayış baş verib. İranın hökumət saytları partlayışların Səudiyyədən atılan raket nəticəsində baş verdiyini iddia edirlər.

 

Digər tərəfdən, körfəzdə və Omman dənizində cari ilin yay aylarından tanker münaqişəsi yaşanır. İlk olaraq İranın Birləşmiş Ərəb Əmirliyi yaxınlığında yerləşən Əl-Füceyrə limanında həyata keçirdiyi hücum nəticəsində 4 ticari gəmiyə zərər dəymişdi. Bundan sonra “Sepah” terror təşkilatı Omman dənizində iki tankerə qarşı da hücum həyata keçirmişdi.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Ermənistanın baş naziri Tehrana səfər edib

2021-08-05

gun az article

Tanınmış hüquq müdafiəçisi Enrike Moraya məktub yazdı: "Andiçmə mərasiminə qatılmayın"

2021-08-05

gun az article

Beyrutda İran əleyhinə aksiya keçirilib 

2021-08-05

gun az article

Ukraynanın keçmiş baş naziri vəfat edib

2021-08-05

gun az article

İranda 5 ticarət gəmisi yandı

2021-08-05

gun az article

Ağsuda dağlıq ərazidə başlayan yanğın meşəliklərə yaxınlaşır

2021-08-05

gun az article

Mikayıl Cabbarov: "Altı ayda aktiv vergi ödəyicilərinin sayı 3,9% artıb"

2021-08-05

gun az article

Quru Qoşunları Komandanlığının bir neçə hərbi obyekti istifadəyə verilib-VİDEO

2021-08-05

gun az article

Bayden Ermənistan və Azərbaycanı danışıqlara çağırdı

2021-08-05

gun az article

"Yanğın söndürülənə qədər Türkiyədə qalacağıq" - Cavid Qəhrəmanov

2021-08-05

gun az article

Azərbaycanın amfibiya təyyarəsi Türkiyəyə yola salınıb-VİDEO

2021-08-05

gun az article

ABŞ-da miqrantları daşıyan avtobus aşıb, 11 nəfər ölüb, 12 nəfər yaralanıb

2021-08-05

gun az article

Mövlud Çavuşoğlu: “Cənab İlham Əliyevin təlimatı əsasında sabah Azərbaycandan Türkiyəyə yeni heyət gələcək”

2021-08-04

gun az article

Türkiyədə yanğına görə daha bir nəfər həbs edildi

2021-08-04

gun az article

Azərbaycanda 996 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb

2021-08-04

gun az article

Suriyada Əsəd hərbçilərinin avtobusu partlayıb, ölən və yaralananlar var

2021-08-04

gun az article

İran tərəfindən qaçırıldığı iddia olunan gəmi BƏƏ sahillərində sərbəst buraxılıb

2021-08-04

gun az article

Gürcüstanda koronavirusun dördüncü dalğası pik həddə çatıb

2021-08-04

gun az article

Azərbaycan və Yaponiya XİN başçıları telefonla danışdı

2021-08-04

gun az article

Daha 3 qazimiz Türkiyəyə göndərildi

2021-08-04