Hələbdə 18 min sakin təxliyyə edildi

Hələbdə 18 min sakin təxliyyə edildi

GünAz TV: Hələbin yaraqlıların nəzarətində olan rayonlarından bir sutka (24 saat) ərzində 18 min sakin təxliyyə edilib.

 

Oxu.Az xəbər verir ki, bu barədə Suriyada Müharibə tərəflərinin barışdırılması mərkəzinə istinadən TASS məlumat yayıb.  

“Son sutka ərzində Hələbin yaraqlıların nəzarəti altında olan rayonlarından Rusiyanın Müharibə tərəflərinin barışdırılması mərkəzinin vasitəçiliyi ilə 17 min 971 şəhər sakini, o cümlədən də 7542 uşaq təxliyyə edilib”, - məlumatda deyilir.

 

Həmçinin 28 yaraqlının tərki silah olduğu və şəhərin qərb hissəsinə çıxdığı bildirilib.

 

“Suriya prezidentinin qəbul etdiyi qərara əsasən, onların hamısı əfv edilib”, - mərkəzdən verilən məlumatda deyilir.

 

Daha öncə Suriya ordusu Dəməşq və İdlib əyalətlərinin bir sıra rayonlarında hərbi əməliyyatları birtərəfli qaydada dayandırıb.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN