Həmasın yeni lideri İsmayıl Həniyyə oldu - VİDEO

Həmasın yeni lideri İsmayıl Həniyyə oldu - VİDEO

GünAz TV: «“HƏMAS” təşkilatının siyasi bürosunun yeni başçısı İsmayıl Həniyyə seçilib. O, bu postda Xalid Məşəli əvəz edib»

 

 

Xalid Məşəl

 

“HƏMAS” təşkilatının siyasi bürosunun sədr müavini Musa Əbu Marzuk və təşkilatın aparıcı fiqurlarından olan Məhəmməd Nazal da bu posta namizəd olublar. Xalid Məşəl, 1375-ci ildən təşkilata sədrlik edib. Qurumun nizamnaməsinə görə, o, namizədliyini yenidən irəli sürə bilməz. Xalid Məşəl, hazırda Qətərin paytaxtı Dohada yaşayır. O, Fələstinin Qəzza zolağında keçirilən toplantıya “telekörpü” vasitəsi ilə qatılıb.

 

 

 

«İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın yeni bəyannaməsini zibil qutusuna atıb».

 

 

 

Benyamin Netanyahu HƏMAS-ın keçmiş lideri Xalid Məşəl bəyannaməni açıqlayarkən, ilk dəfə 1346-cı il sərhədləri daxilində qurulacaq Fələstin dövlətinə dəstək verəcəyini bildirib. 11 bölmə, 41 maddədən ibarət sənəddə, "Müsəlman Qardaşları"nın adı keçmirdi. Netanyahu, sosial mediada yayılan görüntüdə, sənədə münasibətini bildirib. HƏMAS-ın yeni bəyannaməsi ilə dünyanı aldatmağa çalışdığını irəli sürən baş nazir, "bu nifrət dolu sənəd hara aiddir?" sualını verir və sənədi əzib zibil qutusuna atır.

 

 

 

 

R.X


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN