“Hepko” şirkətinin işçilərilə polis arasında qarşıdurma olub: Yaralanan və saxlanılanlar var- FOTO

“Hepko” şirkətinin işçilərilə polis arasında qarşıdurma olub: Yaralanan və saxlanılanlar var- FOTO

GünAz TV: Ötən gün Ərakın “Hepko” şirkətinin etiraz edən işçilərilə polis arasında qarşıdurma yaşanıb.

 

Qəfildən etirazçıların üzərinə gələn xüsusi polis qvardiyası ilə etirazçı fəhlələr arasında yaşanan qarşıdurma nəticəsində 20 nəfər yaralanıb. Eləcə də, polislər etirazçılardan 40 nəfəri saxlayıb.

 

Xatırladaq ki, ötən gün fəhlələr əmək haqlarının verilməməsi və digər bu kimi səbəblərə etiraz olaraq İranın şimalından cənubuna uzanan dəmir yolunu bağlamışdılar. Polis qüvvələri yerli vaxtla saat 19:00-da qəfildən onların üzərilərinə hücuma keçib və bir neçə dəqiqə ərzində yolu açıb.

 

Şirkətin işçiləri bundan öncə də dəfələrlə etiraz aksiya keçiriblər və nəticədə onlardan bir neçəsi həbs edilib.

 

Ə.A

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN