“Həşdəş-Şəbi” yaraqlıları qeyri-müəyyən səbəbdən Əhvaza gəliblər-Video

“Həşdəş-Şəbi” yaraqlıları qeyri-müəyyən səbəbdən Əhvaza gəliblər-Video

GünAz TV: Fevralın 12-də Əhvazda bir sıra vətəndaş İran rejimi və “Sepah”a qarşı etiraz aksiyası keçirib.

 

Aksiya iştirakçıları bildirirlər ki, rejim və “Sepah” sel sularının Əhvazın ətrafında müxtəlif şəhərlər və kəndlərə tərəf axıdılmasını təmin edib, eləcə də yaşayış bölgələrində yığılmış suların “Hurul Əzim” istiqamətində yönəldilməsinə əngəl törədirlər.

 

Ərəb fəalların sosial şəbəkələrdə yaydıqları videoda etirazçıların təhlükəsizlik qüvvələri və Çevik Polis Alayı tərəfindən mühasirəyə alındığı görünür.

 

Əhvazlıların sözlərinə görə, “Sepah” və rejim “Hurul Əzim”də yerləşən neft təsisatların, eləcə də “Həft Təpə Şəkərqamışı Zavodu”nun əkin sahələri və “Sepah”ın hərbi hissələrini qorumaq üçün sel sularının onların yerləşdikləri bölgələrə axmasının qarşısını kəsir. Bununla da suların əhalinin yaşadığı bölgələrə tərəf axmasını təmin edir. Bu isə 9 şəhər, 250 kəndin dağılması və boşaldılmasına, eləcə də yarım milyondan çox insanın öz yaşayış yerini tərk etməsi və onlara məxsus fərdi təsərrüfatların məhv olmasına səbəb olub.

 

İrana bağlı yaraqlılardan təşkil olunmuş İraqın “Həşdəş-Şəbi” qruplaşması öz döyüşçülərindən bir qismini yardım etmək adı altında Əhvaz bölgəsinə göndərib. Ərəb fəallar isə bu vəziyyətdən narahatdırlar. Onların sözlərinə görə, böyük ehtimalla yaraqlılar xalqa kömək etmək üçün deyil, əksinə, etirazları boğmaq üçün Əhvaza gəliblər. 

 

Əhvaza gəlmiş "Həşdəş-Şəbi" yaraqlılarının görüntüləri:

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN