Həsən Nəsrullah sanksiyalara baxmayaraq İrandan Livana kömək etməyə davam etməsini istəyib

Həsən Nəsrullah sanksiyalara baxmayaraq İrandan Livana kömək etməyə davam etməsini istəyib

GünAz TV: “Hizbullah”ın baş katibi Həsən Nəsrullah fevralın 11-də Livanda səfərdə olan İranın xarici işlər naziri Məhəmmədcavad Zəriflə görüşüb.

 

Görüş zamanı Nəsrullah İranın Livana göstərdiyi “köməklər”ə görə Zərifə təşəkkür edib və bunun davamlı olmasını istəyib.

 

Xatırladaq ki, Zərif fevralın 10-da Livana iki günlük rəsmi səfərə gedib. O, Beyrut hava limanında ölkəsinin Livana hərbi yardım göstərməyə hazır olduğunu bəyan etmişdi. Livanın baş naziri Səəd Həriri isə İranın bu təklifini rədd edərək, Livan ordusunun Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri ilə əməkdaşlıq etməyə maraqlı olduğunu bildirmişdi.

 

Qeyd edək ki, Amerika “Hizbullah”ı terror təşkilatları siyahısına daxil edib. ABŞ-ın rəsmi Tehrana qarşı sanksiyalar tətbiq etməsindən sonra İranda əhalinin vəziyyətinin pisləşməsinə baxmayaraq, İran rəsmiləri hələ də ölkə pullarının xaricdə fəaliyyət göstərən terror təşkilatlarının silahlandırılmasına sərf edir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN