Həsən Ruhani Ermənistana səfər edəcək

Həsən Ruhani Ermənistana səfər edəcək

GünAz TV: İran prezidenti Həsən Ruhani postsovet ölkələrinə turnesi çərçivəsində Ermənistan, Qazaxıstan və Qırğızıstan ölkələrinə səfər edəcək.

 

Prezident Administrasiyasının mətbuat katibi Pərviz İsmailinin verdiyə məlumata görə, H.Ruhani dekabrın 21-də Ermənistan paytaxtı İrəvəna birgünlük səfər edəcək.

 

Prezident səfəri zamanı Ermənistan prezidenti Serj Sarkisyanla ikitərəfli əməkdaşlıq məsələsini müzakirə edəcək.

 

Yayılan məlumata görə, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq bəyannaməsi imzalanacaq, eləcə də iki ölkənin biznes dairələri nümayəndələrinin ticarət əlaqələrinin genişləndirilməsi persprektivinə baxılacaq.

 

İran prezidenti İrəvandan Qazaxıstan və Qırğızıstana yollanacaq.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN