Həsən Ruhani ölkə parlamentində deputatların 5 sualına cavab verib. Cavabların 4-ü deputatları qane etməyib

Həsən Ruhani ölkə parlamentində deputatların 5 sualına cavab verib. Cavabların 4-ü deputatları qane etməyib

GünAzTV: İran prezidenti Həsən Ruhani avqustun 28-də parlamentə gedərək, ölkənin ağır iqtisadi durumu və digər mövzularla bağlı deputatların 5 sualını cavablandırıb.

 

Ölkə prezidentinin parlamentdə dindirilməsi, 80 deputatın imza toplayaraq parlament sədri Əli Laricaniyə müraciətindən sonra mümkün olub. Deputatların suallarını cavablandırmaq üçün parlamentə gedən Ruhanini, xarici işlər naziri Məhəmmədcavad Zərif, İranın birinci vitse-prezidenti İshaq Cahangiri, bir sıra nazirlər və Ruhani hökumətinin digər rəsmiləri müşayiət edib.

 

Ruhani, ölkədə əmtəə qaçaqmalçılığı və hökumətin buna lazımi qədər nəzarət etməməsi, bank sisteminə qoyulan sanksiyaların uzadılmasının səbəbləri, ölkədə işsizliyin azaldılması üçün hökumətin konkret hər hansı bir addım atmaması, ölkədə bir neçə ildir davam edən iqtisadi durğunluğun səbəbləri və milli valyutanın dəyərinin kəskin düşməsi ilə yanaşı külli miqdarda xarici valyutanın ölkədən çıxarılması ilə bağlı deputatların suallarını cavablandırıb.

 

Qızğın keçən iclasda, İran prezidentinin, ona verilən 5 sualdan yalnız birinə, yəni hökumətinin əmtəə qaçaqmalçılığına nəzarətinin uğursuz alınması ilə bağlı verdiyi cavab deputatları qane edib. Ruhaninin digər 4 suala verdiyi cavablar deputatları qane etmədiyindən, onun hökumətinin həmin mövzularla bağlı yürütdüyü siyasətin dəyərləndirilməsi işi İran Məhkəmə Sisteminə göndərilib.

 

İclasda bəzi deputatlar çıxış edərək, Ruhani hökumətindən ölkənin iqtisadiyyatına xələl gətirən nüfuzlu şəxslərin, milyardlarla dollar pulu müxtəlif yollarla ölkədən çıxaran və bir sıra qanunsuz imtiyazlardan istifadə edərək milyonlar qazanan şəxslərin adlarından ibarət siyahının yayılmasını,  ölkədə iqtisadi şəffaflığın təmin edilməsiüçün lazımi tədbirlərin görülməsini tələb ediblər.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN