Həsən Ruhaninin müavini Məsumə Ebtekar koronavirusa yoluxub

Həsən Ruhaninin müavini Məsumə Ebtekar koronavirusa yoluxub

GünAz TV: İran prezidenti Həsən Ruhaninin ailə, qadın və uşaq problemləri üzrə müavini Məsumə Ebtekar koronavirusa yoluxub.

 

Xəbəri təsdiqləyən Məsumə Ebtekarın media üzrə köməkçisi Fəriba Ebtihac bildirib ki, Ebtekarda ötən gün koronavirusun əlamətləri müşahidə edildiyindən, o, analiz verib. Bu gün səhər saatlarında analizin nəticələri müsbət çıxıb.

 

"Hazırda xanım Ebtekar evində müalicə alır. Onun təmasda olduğu iş yoldaşları və əməkdaşlarından da analiz götürülüb. Onların cavabları şənbə günü elan ediləcək",- deyə Fəriba Ebtihac fikrini tamamlayıb.

 

Qeyd etmək lazımdır ki, bu günə qədər bir neçə iranlı yüksək vəzifəli şəxs koronavirusa yoluxub.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN