Həyat yoldaşını öldürən Tehranın sabiq icra hakimi mülki vəsiqə ilə azadlığa buraxılıb

Həyat yoldaşını öldürən Tehranın sabiq icra hakimi mülki vəsiqə ilə azadlığa buraxılıb

GünAz TV: Öz həyat yoldaşı Mitra Ustadı öldürən Tehranın sabiq icra başçısı Məhəmmədəli Nəcəfi mülki vəsiqə ilə azadlığa buraxılıb.

 

Məlumatlara görə, o, bir neçə saat bundan öncə Evin həbsxanasından azadlığa buraxılıb.

 

Məhəmmədəli Nəcəfi may ayının sonlarında naməlum səbəblərdən öz ikinci həyat yoldaşı Mitra Ustadı odlu silahdan atəş açaraq öldürmüşdü.

 

Məhkəmə onu qəsdən adam öldürməkdə təqsirli bilsə də, mərhumun ailəsi Nəcəfini “bağışlamış” və “qisas hökmündən vaz keçmişdi”.

 

Mitra Ustadın ailəsinin hansı səbəbən qatili “bağışlaması” ilə bağlı məlumat verilməmişdi. Məhkəmədən öncə onlar qisas hökmünün icrasını tələb edəcəklərini bildirirdilər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN