Hindistan: “Seçkilərdən sonra İrandan neft alıb-almayacağımıza qərar verəcəyik”

Hindistan: “Seçkilərdən sonra İrandan neft alıb-almayacağımıza qərar verəcəyik”

GünAz TV: Hindistanın Xarici İşlər Naziri bəyan edib ki, ölkəsi Milli Məclis seçkilərindən sonra, mayın 23-də İrandan neft alışının davam etdirilməsi məsələsinə baxacaq.

 

Qeyd etmək lazımdır ki, Hindistanda parlament seçkiləri 5 həftə davam edir və hazırda son mərhələ bitmək üzrədir.

 

Mayın 13-də Dehliyə səfər edən İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərifin də bu ölkənin rəsmiləri ilə neft satışı barədə müzakirələr apardığı ehtimal edilir.

 

Xatırladaq ki, Amerika Birləşmiş Ştatları İran rejiminin rəftarlarının dəyişməsi üçün rəsmi Tehrana qarşı yürütdüyü maksimum təzyiq siyasətinə uyğun olaraq, mayın 2-də sanksiyalarda istisna ölkə kimi nəzərdə tutulmuş İran müştərisi olan 8 ölkəyə verdiyi möhlət hüququnu uzatmayıb. Bu tarixdən etibarən İrandan ən çox qara qızıl istehsal edən ölkələrdən biri hesab edilən Hindistan da ABŞ sanksiyalarına məruz qalmamaq üçün idxalatı sıfıra endirib.

 

Hindistanın yerli media qurumlarının məlumatına görə, bu ölkənin neft ayırma zavodları alternativ olaraq hələlik Səudiyyə Ərəbistanından sifariş etdikləri neft miqdarını artırmayıblar.

 

Rəsmi Riyad may ayının əvvəllərində dünya bazarında İrandan neft alan ölkələrin ehtiyaclarını tam ödəməyə hazır olduğunu bəyan etmişdi.

 

Digər tərəfdən, “Reuters” agenliyinin məlumatına əsasən, sanksiyalardan sonra İranın günlük neft ixracatı 1 milyon barelə qədər enib. İranlı rəsmilərdən biri isə agentliyə bildirib ki, bu rəqəmin may ayında daha da aşağı düşəcəyi proqnozlaşdırılır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN