Hindistandan İrana tələb: “Saxlanmış gəmilərin bütün hindistanlı ekipaj üzvlərini azad edin!”

Hindistandan İrana tələb: “Saxlanmış gəmilərin bütün hindistanlı ekipaj üzvlərini azad edin!”

GünAz TV: Hindistan Xarici İşlər Nazirliyi İrandan saxladığı iki gəminin bütün hindistanlı ekipaj üzvlərini azad etməyi tələb edib.

 

XİN-in yaydığı bəyanatda İranın “Riah” gəmisinin 9 hindistanlı əməkdaşını azad etdiyi və onların tezliklə öz ölkələrinə geri dönəcəkləri qeyd edilir.

 

Bəyanata əsasən, Hindistanın Tehrandakı səfirliyi bu iki gəmidə çalışan digər hindistanlıların da azad edilməsiylə bağlı İranın aidiyyatı qurumlarına müraciət ünvanlayıb.

 

Xatırladaq ki, “Sepah” terror təşkilatı iyulun 18-də Larək adası yaxınlığında “Riah” adlı gəmini “qaçaq yanacaq” daşıdığına görə saxladığı barədə məlumat yaymışdı.

 

Bundan bir gün sonra, iyulun 19-da “Sepah” Hörmüz boğazında Britaniyaya məxsus “Stena İmpero” adlı digər gəmi saxladığını bəyan etmişdi. Britaniya isə gəminin Oman dənizində, beynəlxalq sularda qəsb edildiyini deyir.

 

Bu gəmilər İrana məxsus Suriyaya neft aparan “Grace 1” tankerinin iyulun 4-də Cəbəli-Tariq boğazında Britaniya Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanmasından sonra “Sepah” tərəfindən qəsb edilib. Britaniya sözügedən tankerin Bəşər Əsəd rejiminə neft aparmaqla, Avropa Birliyinin bu rejimə qarşı qəbul etdiyi sanksiyaları pozduğunu və bu səbəbdən saxlandığını deyir.

 

Gəmilərin ekipaj üzvlərinin əksəriyyəti Hindistan vətəndaşlarıdır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN