Hişmətullah Fəllahətpişe Rusiyanı Suriyada İrana qarşı İsraillə uzlaşmaqda ittiham edib

Hişmətullah Fəllahətpişe Rusiyanı Suriyada İrana qarşı İsraillə uzlaşmaqda ittiham edib

GünAz TV: İran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Hişmətullah Fəllahətpişe Rusiyanı İsrail ilə uzlaşmaqda ittiham edib.

 

Yanvarın 24-də Ankaradan gəldikdən sonra “İrna” xəbər agentliyinə ekskluziv mühasibə verən Fəllahətpişe bildirib ki, İsrail Suriyada “Sepah”a qarşı hava hücumları həyata keçirən zaman Rusiyanın bu ölkədə yerləşdirdiyi S300 hava hücumundan müdafiə sistemləri aktiv olmayıb. Bu isə rəsmi Moskva ilə Tel- Əviv arasında hansısa uzlaşma olduğunu göstərir.

 

O, İsrailin Suriyada hava hücumları keçirdiyi zaman Rusiyanın bu ölkədə yerləşdirdiyi S300 sistemlərini qeyri- fəal etməsinin düşündürücü olduğunu və buna görə İran tərəfindən Rusiyaya qarşı münasibətin birmənalı olmadığını deyib.

 

Fəllahətpişe İsrailin əksinə olaraq, hava hücumlarının “Sepah”ın mövqelərinə qarşı deyil, Suriya ordusunun infrastrukturlarına qarşı keçirildiyini iddia edib.

 

Xatırladaq ki, yanvarın 21-də İsrailin Suriyada qərarlaşmış “Sepah”ın “Qüds Briqadası”na qarşı keçirdiyi hava hücumu nəticəsində bu qruplaşmaya məxsus silah anbarları, kəşfiyyat və təlim- tədris mərkəzləri məhv edilmişdi.

 

Hücumdan sonra bəyanat yayan Suriya İnsan Hüquqları Təşkilatı bildirmişdi ki, İsrailin son hücumu zamanı 21 iranlı ölüb və onlardan 12 nəfəri “Sepah” üzvləridir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN