Hollandiya parlamenti qondarma “erməni soyqırımı”nı tanıyıb / Ankara qərara etiraz bildirib

Hollandiya parlamenti qondarma “erməni soyqırımı”nı tanıyıb / Ankara qərara etiraz bildirib

GünAz TV: Hollandiya parlamentinin aşağı palatası qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə qəbul edib.

 

Yoel Fordevindin müəllifi olduğu sənəd səs çoxluğu ilə qəbul edilib.

 

Hollandiya XİN rəhbəri v.m.i.e. Siqrid Kaaq qeyd edib ki, hökumət parlamentin atdığı addımı atmayacaq. Onun sözlərinə görə, Nazirlər Kabineti bu məsələdə təmkinlik qorumaqda davam edəcək.

 

Ankara Hollandiya parlamentinin Nümayəndələr palatasının uydurma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə qəbul etməsini qətiyyətlə pisləyir.

 

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir. 

 

“Hollandiya parlamentinin Nümayəndələr palatasının 1915-ci il hadisələrini “soyqırımı” kimi  tanınmasına dair qətnamə qəbul etməsini şiddətlə pisləyirik. Avropanın mərkəzindəki Srebrenitsa faciəsini indiyədək soyqırımı kimi tanımayan ölkənin parlamentinin bu əsassız qərarının nə tarixlə, nədə ki hüquqla heç bir əlaqəsi yoxdur.  Deməli, o heç bir hüquqi qüvvəyə malik deyil”, - deyə bəyanatda qeyd edilir.  

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN