Hollandiyada iqtidar partiyası səsverməni uddu

Hollandiyada iqtidar partiyası səsverməni uddu

GünAz TV: Mark Rüttenin rəhbərlik etdiyi sağ liberal Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (ADXP) Hollandiyada keçirilən parlament seçkilərində qələbə qazanaraq 150 yerdən 33-nə sahib olub.

 

Bununla belə, hazırkı baş nazir Rüttenin partiyası parlamentdə 8-9 yer itirib. Bu, 388 bələdiyyədən 362-də səslərin hesablanması başa çatdıqdan sonra dərc olunan ilkin nəticələrdə öz əksini tapır.

 

Seçkilərdə ikinci yerdə parlamentdə 20 mandat əldə edilən Hert Vildersin ultrasağçı Azadlıq Partiyası (AP), üçüncü yerdə isə hər biri 19 mandat qazanan "Xristan-Demokratik Çağırış” (XDÇ) və "Demokratlar-66” (D-66) partiyaları gəlir.

 

Seçici aktivliyin 80 faiz təşkil etdiyi səsvermənin rəsmi nəticələri təkrar hesablamadan sonra martın 21-də Seçki Şurası tərəfindən elan ediləcək.

 

Səsvermədən sonra növbəti vacib mərhələ hakim koalisiyanın formalaşması olacaq. Ekspertlərin fikrincə, bu mərhələdə müəyyən çətinliklər yaşana bilər. Belə ki, son 40 ildə ilk dəfədir ki, koalisiya 2 və ya 3 partiyadan deyil, azı 4 siyasi güc vasitəsi ilə qurulmalıdır. Bunların içərisində ən çox ehtimal olunanı ADXP, XDÇ, D-66-ya qoşulacaq bir və ya iki partiyanın koalisiyasıdır. Azərtac

 

N.S

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN