Hollandiyanın “Euroturbine B.V” şirkəti İrana qaz turbinlərinin hissəciklərini satdığına görə 500 min avro cərimələnib

Hollandiyanın  “Euroturbine B.V” şirkəti İrana qaz turbinlərinin hissəciklərini satdığına görə 500 min avro cərimələnib

GünazTV: Hollandiyanın Limburx (Limburg) əyalətinin məhkəməsi İrana qanunsuz olaraq qaz turbinləri ixrac etdiyinə görə “Euroturbine B.V” şirkətini 500 min avro cərimə ödəməyə məhkum edib.

 

Məhkəmə bildirib ki, bu şirkət müxtəlif adlarla yaratdığı, özünə tabe  şirkətlər vasitəsilə qanuzuz olaraq, İrana qaz turbinlərinin hissəciklərini satıb. Hollandiya məhkəməsi həmçinin, “Euroturbine B.V” şirkətinə bağlı olan və mərkəzi ofisi Bəhreyndə olan daha bir şirkəti 350 min avro cərimə ödəməyə məhkum edib.

 

Məhkəmə, qaz turbinlərinin iranlı alıcılarının adlarını açıqlamasa da, bildirib ki, İrana ixrac edilən qaz turbinlərinin hissəciklərindən həm də hərbi sənaye sahəsində istifadə etmək mümkündür.

 

 

A.M 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN