Hollandiyanın KLM Aviasiya Şirkəti İrana uçuşları dayandırır

Hollandiyanın KLM Aviasiya Şirkəti İrana uçuşları dayandırır

GünAzTV: Hollandiyanın KLM Aviasiya Şirkəti İrana uçuşları dayandırmaq qərarına gəldiyini bildirib. Bu barədə iyulun 7-də şirkətin rəsmi saytında məlumat yayılıb.

 

KLM şirkətinin İranla əməkdaşlığını dayandırması, İranın Amsterdamdakı səfirliyinin terrorçu fəaliyyətlərdə şübhəli bilinən 2 “diplomat”ının ölkədən qovulması xəbərinin yayılmasından və ardınca Hollandiyanın Tehrandakı səfirinin İranın Xarici İşlər Nazirliyinə çağırılmasından az sonraya təsafüd edib.

 

KLM Aviasiya Şirkətinin yaydığı məlumatda bildirilir ki, İrana uçuşlar iqtisadi baxımdan sərfəli olmadığına görə, bu şirkət sentyabrın sonlarından başlayaraq Tehrana həyata keçirilən bütün uçuşları dayandıracaq: “Tehrana son uçuş sentyabrın 22-də olacaq və sərnişin təyyarsi bir gün sonra Hollandiyaya qayıdaraq, Sxiphol hava limanında yerə enəcək.

 

 

Bildirilir ki, KLM şirkəti 2013-cü ildə müxtəlif səbəblərə görə İrana uçuşları dayandırsa da, 2016-cı ildən Tehrana uçuşları yenidən bərpa etmişdi.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN