Huk: “Dərman, kənd təsərrüfatı məhsulları, kommunikasiya vasitələri və humanitar yardımlara sanksiya qoyulmayıb”- VİDEO

Huk: “Dərman, kənd təsərrüfatı məhsulları, kommunikasiya vasitələri və humanitar yardımlara sanksiya qoyulmayıb”- VİDEO

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk İrana qarşı qəbul edilmiş sanksiyalara daxil olmayan məhsullar barəsində video yayınlayıb.

 

Videodan göründüyü kimi Huk onu rəsmi Tehranın sanksiyaların “İran xalqını hədəfə aldığı” və “ən çox xalqa təsir göstərdiyi” barədə yaydığı və həqiqətə uyğun olmayan sözlərinə cavab olaraq hazırlayıb. Həsən Ruhani hökuməti ABŞ sanksiyalarını “iqtisadi terrorizm” adlandırır.

 

Videoda Brayan Huk 4 sahə barədə danışır və bildirir ki, bu sahələrə sanksiya tətbiq edilməyib. Bunun əksin iddia edənlər isə yalnız nağıl uydururlar. Diplomat həmin sahələrdə yaranmış qıtlığın səbəbinin İran hökumətinin yarıtmaz siyasətinin, rüşvətxorluq, işbazlıq və monopolist fəaliyyətlərinin nəticəsi olduğunu deyib.

 

Huk sanksiyalara tuş gəlməyən sahələrin dərman preparatları, kənd təsərrüfatı məhsulları, şəxsi istifadə üçün nəzərdə tutulan kommunikasiya vasitələri və humanitar yardımlar olduğunu bildirib.

 

“Birləşmiş Ştatlar İrana dərman və tibbi ləvazimatların satışına sanksiya tətbiq etməyib. Bizim qanunlarımıza əsasən, hələ də İrana tibbi vasitələr satmaq üçün lisenziyalar verilir. Amerika Birləşmiş Ştatları İran xalqına çox böyük hörmət bəsləyir və onların bu məhsulları əldə etməsinin qarşısını almır”- deyə İşçi Qrupunun rəhbəri əlavə edib.

 

Amerikalı diplomat vurğulayıb ki, İranın dövlət orqanları, xüsusilə də “Sepah” terror təşkilatı sanksiyalardan kənarda qalan məhsulları anbarlarda saxlayır, nəticədə qıtlıq yaranır. Bundan sora isə həmin məhsulları baha qiymətlərlə xalqa satırlar.

 

Huk səsləndirdiyi fikirlərlə bağlı sübut olaraq sənədlər də təqdim edib. Onun videoda təqdim etdiyi sənədlər içərisində ötən ilin avqust ayında İranın sabiq sənaye nazirinin qızına qarşı dərman fırıldaqçılığı ittihamı ilə çıxarılmış hökm də yer alıb.

 

Huk sonda bildirib ki, İran rejimi ABŞ-ın qeyd edilən sahələrə də sanksiya tətbiq etdiyi fikrini yaymaqla, öz mahiyyətini gizlətməyə çalışır. Halbuki Amerikanın sanksiyalarının hədəfi İran rejimidir, xalq deyil.

 

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN