Hüseyn Dehqan: “Səudiyyə Ərəbistanı axmaqlıq etsə, bu ölkədə Məkkə və Mədinədən başqa təhlükəsiz yer qalmayacaq”

Hüseyn Dehqan: “Səudiyyə Ərəbistanı axmaqlıq etsə, bu ölkədə Məkkə və Mədinədən başqa təhlükəsiz yer qalmayacaq”

GünAzTV: İranın müdafiə naziri Hüseyn Dehqan mayın 7-də Livanın “Əlminar” telekanalına müsahibəsində Səudiyyə Ərəbistanı hökumətini təhdid edərək bu ölkənin müdafiə naziri Məhəmməd Bin Salmanın bir neçə gün əvvəl İranla bağlı səsləndirdiyi bəyanatına sərt reaksiya verib.

 

“Əlminar” telekanalı müxbirinin “Səudiyyə Ərəbistanının regionda cərəyan edən münaqişəni İran torpaqlarına yönləndirməyə gücü varmı” sualını cavablandıran Hüseyn Dehqan bildirib ki, əgər rəsmi Ər-Riyad İrana qarşı düşünülməmiş hər hansı bir addım atarsa, rəsmi Tehranın sərt və  kəskin cavabını almalı olacaq: “Onlar güman edirlər ki, güclü hava qüvvələri var və bizə qarşı istədikləri addımı ata bilərlər. Mən isə, Səudiyyə ərəmilərinə tövsiyə edirəm ki, belə bir düşünülməmiş hərəkətə yol verməsinlər. Lakin əgər onlar belə bir axmaqlıq etsələr, biz də bu ölkədə Məkkə və Mədinə şəhərlərindən başqa təhlükəsiz yer qoymayacağıq qalsın”.

 

Xatırladaq ki, Səudiyyə Ərəbistanının müdafiə naziri Məhəmməd Bin Salman mayın 2-də MBC telekanalına müsahibəsində İranın bölgədə yaymaq istədiyi radikal şiə ideologiyasından və rəsmi Tehranın qonşu ərəb ölkələrinin daxili işlərinə qarışmasından danışıb: “İran rəsmilərinin bölgədə yürütdüyü siyasətin məntiqi, zühurunu gözlədikləri “Həzrət Mehdi”nin gəlişinə zəmin və şərait yaratmaq düşüncəsinə söykənir. Biz, belə bir radikal ideologiyaya malik olan, regionda şiəçiliyi yaymaq yolu ilə müsəlman ölkələrini və islam dünyasını öz hegemonluğu altına almağa çalışan İran rejimi ilə necə müzakirələr apara bilərik.

 

İranın bölgədə yürütdüyü siyasətdə əsas məqsədi, Səudiyyə Ərəbistanına zərbə vurmaqdır. Rəsmi Tehranın Ər-Riyada münasibəti və ona yanaşma tərzi heç vaxt səmimi olmayıb. Biz, İranın bölgədə gedən savaşı bizim ərazilərimizə yönləndirmək cəhdi qarşısında sakit oturmayacağıq. Biz, bu münaqişənin bizim ərazimizdə yox, İranın öz torpağında baş verməsinə  çalışacağıq”.

 A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN