Hüseyn Salami: “Bizim komandanlar təhdid olunsalar, amerikalı komandanların canı amanda olmayacaq”

Hüseyn Salami: “Bizim komandanlar təhdid olunsalar, amerikalı komandanların canı amanda olmayacaq”

GünAz TV: “Sepah” terror təşkilatının komandanı Hüseyn Salami yenidən Amerikaya qarşı təhdid dolu bəyanat səsləndirib.

 

O, amerikalı rəsmilərə səslənərək, onları bölgədən geri çəkilməyə çağırıb.

 

“Amerika Sepah komandanlarını təhdid etsə, onların komandanlarından heç birinin həyatı amanda olmayacaq. Onlar döyüş meydanından geri çəkilməsələr, idarə etməyə və ya nəzarət altına almağa qadir olmayacaqları şəraitlə üzləşəcəklər”,- deyə Salami fikrini tamamlayıb.

 

“Sepah” komandanının Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huka cavab verdiyi ehtimal edilir.

 

Huk yanvarın 23-də bildirmişdi ki, “Qüds Briqadası”nın yeni komandanı İsmayıl Qaani Qasım sələfi Süleymani kimi amerikalıları öldürmək yolunu seçsə, onun aqibəti ilə üzləşəcək.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN