Hüseyn Səlami: “Amerikadan ağır və peşmanedici qisas alacağıq”

Hüseyn Səlami: “Amerikadan ağır və peşmanedici qisas alacağıq”

GünazTV: Yanvarın 7-də Qasım Süleymaninin dəfn mərasiminə qatılmaq üçün Kirmana səfər edən “Sepah” terror təşkilatının baş komandanı Hüseyn Səlami əhali qarşısında çıxış edərək, Amerikadan qisas alacaqlarından danışıb.

 

O deyib ki, “Sepah”, “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymanini qətlə yetrdiyinə görə, Amerikanı peşman edəcək: “Mən son sözümü əvvəldə deyirəm. Siz milləti əmin edirəm ki, biz Amerikadan ağır və peşmanedici qisas alacağıq. Buna qəti əmin ola bilərsiniz. Bu gün düşmən üçün şəhadətə çatdırılmış Qasım Süleymani, sağlığındakı Qasım Süleymanidən daha təhlükəlidir. Çünki Qasım Süleymani sərhədlərimizdən kənar Amerikanın dünya müsəlmanları qarşısında ardıcıl məğlubiyyətə uğradılmasının memaridir. Onun və silahdaşlarının namərdcəsinə öldürülməsinin səbəbi də məhz bununla bağlıdır.

 

Qasım Süleymaninin şəhadətə çatdırılması Amerikanın regionda və müsəlmanların yaşadığı digər məntəqələrdən qovulmasının başlanğıcıdır. Süleymani, həm də Yəmənin Səudiyyə Ərəbistanı, Amerika, sionistlər və Avropa ölkələrindən ibarət koalisiyası qarşısında məğlubiyyətə uğramasının qarşısını alan şəxsdir.

 

Bir daha üzümü düşmənlərimizə tutub deyirəm ki, bizim iradəmiz möhkəmdir və biz mütləq qisasımızı alacağıq. Düşmənlərə deyirəm ki, bizə qarşı əlavə bir addım atsalar, onların sevdiyi yer və məkanlara od vuracağıq. Onlar isə nəyi nəzərdə tutduğumuzu yaxşı bilirlər” –deyə, “Sepah” terror təşkilatının baş komandanı Hüseyn Səlami əlavə edib.

 

“Sepah”ın “Qüds” briqadasının İraqda öldürülmüş keçmiş komandanı Qasım Süleymani

 

Xatırladaq ki, yanvarın 3-ü gecə saat 01:20 radələrində Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani, eləcə də daha 4 “Sepah”çı,  Hüseyn Cəfəri Niya, Şəhrud Müzəffəri Niya, Hadi Tarəmi və Vəhid Zamaniyan, həmçinin “Həşdəş-Şəbi” rəhbərinin müavini Əbu Mehdi əl-Mühəndis, həmin qruplaşmanın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədrza əl-Cabiri və daha bir neçə terrorçu, ABŞ hava qüvvələrinin raket hücumunda məhv edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN