Hüseyn Səlami: “Amerikanın İrana qarşı masa üzərindəki seçimləri zəifləyib”

Hüseyn Səlami: “Amerikanın İrana qarşı masa üzərindəki seçimləri zəifləyib”

GünazTV: Oktyabrın 10-da sərhəd bölgələrinə baxış keçirmək üçün Ərdəbil əyalətinə səfər edən  “Sepah”ın baş komandanı Hüseyn Səlami jurnalistlərə açıqlamasında Amerikanın İrana qarşı seçim və variantlarının uğursuz qalmasından danışıb.

 

Səlami deyib ki, amerikalıların özlərinin etirafına görə, onların İran İslam Respublikasına qarşı masa üzərindəki seçimləri zəifləyib: “Biz amerikalıların İrana qarşı masa üzərindəki seçimlərinə nəzər salanda görürük ki, onlar bu seçimlərin heç birini əməldə həyata keçirə bilmirlər. Daha doğrusu, Amerika bu seçimlərdən istifadə etməkdə artıq gücsüzdür və buna qadir deyil.

 

Amerikalılar elə bir vəziyyətdədirlər ki, öz hədəfləri uğrunda nə qədər pul xərcləsələr də nəticə ala bilmirlər. Bu isə onların zavalı və iflasa uğraması deməkdir. Bu gün biz getdikcə güclənirik. Halbuki Amerika və onun müttəfiqləri gündən-günə zəifləyirlər. Bu gün biz əməl meydanındayıq. Amerika isə bizim bu gücümüz qarşısında uğursuzluğa düçar olub.

 

Hazırda isə İran İslam Respublikasının düşmənlər qarşısında gücü elə bir həddə çatıb ki, hara qədəm qoyuruqsa, düşmən dərhal geri çəkilir. Amerikanın dostları olan səudiyyəlilərlə israillilər də artıq ondan ümidlərini üzüblər. Onlar yaxşı bilirlər ki, Amerika çətin günlərdə onlara dəstək vermək iqtidarında olmayacaq” –deyə, “Sepah”ın baş komandanı Hüseyn Səlami əlavə edib.

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN