Hüseyn Səlami: “Bizim strategiyamız İsraili dünyanın siyasi coğrafiyasından silib məhv etməkdir”

Hüseyn Səlami: “Bizim strategiyamız İsraili dünyanın siyasi coğrafiyasından silib məhv etməkdir”

GünAzTV: “Sepah”ın baş komandanının canişini Hüseyn Səlami yanvarın 28-də Tehranın Ali Milli Müdafiə Universitetində təhlükəsizlik mövzusu ilə bağlı keçirilən bir toplantıda çıxış edərək, İsrailə qarşı sərt bəyanatlar səsləndirib.

 

Öz çıxışında İsrailin son vaxtlar Suriyada “Sepah” və “Hizbullah”ın hərbi mövqelərinə hava zərbələri endirməsinə toxunan Səlami bildirib ki, əgər İsrail Orta Şərqdə yeni bir müharibənin başlanmasına təşəbbüs göstərərsə, belə bir savaş İsrailin məhvi ilə nəticələnəcək: “Bizim strategiyamız, İsraili dünyanın siyasi coğrafiyasından silib məhv etməkdir. Belə görünür ki, İsrail həyata keçirməkdə olduğu şər əməlləri ilə özünü bu reallığa daha çox yaxınlaşdırır.

 

Bildiririk ki, əgər İsrail yeni bir müharibənin başlanmasına səbəb olan hansısa bir addım atarsa, sözsüz ki, belə bir savaş onun məhvinə gətirib çıxaracaq və işğal olunmuş ərazilər geri qaytarılacaq. Belə olduqda isə, israillilərin öz cənazələrini dəfn etmək üçün Fələstində bir qəbiristanlığı belə olmayacaq”.

 

Qeyd edək ki, son aylar İsrail qırıcıları “Sepah” və onun müttəfiqi sayılan terrorçu Livan “Hizbullah”ı qruplaşmasının Suriyadakı hərbi bazalarına və onlara məxsus silah anbarlarına qarşı 50-dən çox hava zərbələri endirib. Raket zərbələri nəticəsində onlarla “Sepah”çı və “Hizbullah” muzdlusu məhv edilib.

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN