Hüseyn Zülfüqari: “Ərbəin mərasimi üçün İraqa gedən iranlı zəvvarlardan 77-si öz həyatıarını itiriblər”

Hüseyn Zülfüqari: “Ərbəin mərasimi üçün İraqa gedən iranlı zəvvarlardan 77-si öz həyatıarını itiriblər”

GünazTV: İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini və ölkədə aradılmış Ərbəin Qərargahının rəisi Hüseyn Zülfüqari oktyabrın 17-də jurnalistlərə açıqlamasında Ərbəin mərasimi üçün İraqa səfər edən iranlı zəvvarlardan danışıb.

 

O deyib ki, İmam Hüseynin Ərbəin mərasmində iştirak etmək məqsədilə İraq şəhərlərinə səfər edən onlarla iranlı zəvvar müxtəlif səbəblər üzündən dünyasını dəyişib: “Məhərrəmliyin ilk günündən indiyə qədər 3 milyon 400 min nəfər İraqa səfər edib. Onlardan isə 2 milyonu artıq ölkəyə qayıdıb. Lakin təəssüflər olsun ki, indiyə qədər İraqa səfər edən iranlı zəvvarlardan 77-si öz həyatlarını itiriblər. Onların isə yarısından çoxu baş vermiş yol qəzalarında ölüblər” –deyə İranın daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfüqari əlavə edib.

 

Hüseyn Zülfüqari İraqda ölən iranlı zəvvarların cənazələrinin ölkəyə gətirilib-gətirilmədiyi barədə hər hansı bir məlumat verməyib.

 

Qeyd edək ki, son illər İraqdakı şiələr arasında öz siyasi nüfuzlarını artırmağa çalışan İran rəhbərləri Ərbəin mərasiminin daha təmtəraqlı şəkildə keçirilməsini təbliğ edir, bu mərasimə külli miqdarda vəsait ayırır, on minlərlə “Sepah”çı və “bəsici”ni Ərbəində iştirak etmək üçün İraqa göndərir.  

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN