Hüseyn Zülfüqari: “Terrorçular qadın geyimində parlament həyətinə daxil olmuşdular”

Hüseyn Zülfüqari: “Terrorçular qadın geyimində parlament həyətinə daxil olmuşdular”

GünAzTV: İran daxili işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfüqari iyunun 7-də jurnalistlərə açıqlamasında ölkə parlamentinə silahlı hücum edən şəxslərdən danışıb.

 

Hər iki silahlı hücumun detallarını müzakirə etmək üçün yaxın saatlarda ölkənin Ali Milli Təhlükəsizlik Şurasının toplaşacağını bildirən Hüseyn Zülfüqari bildirib ki, İran parlamentinə silahlı hücum edən şəxslər qadın geymində olublar: “Son illər, terrorçu və təkfirçi qruplar bir neçə dəfə ölkənin siyasi atmosferini pozmağa çalışıblar. Son bir-iki ildə isə ölkənin milli təhlükəsizliyini pozmaq cəhdi ilə ölkəyə daxil olan onlarla terrorçu dəstə və onların üzvləri təhlükəsizlik qüvvələrimiz tərəfindən aşkarlanaraq yaxalanıb. Terrorçular, adi vətəndaşların şəxsi problemləri ilə əlaqədar deputatlarla görüşməsi üçün nəzərdə tutulmuş ümumi qapıdan parlament həyətinə daxil ola biliblər. Onlar hücum zamanı qadın geymində olublar”.

 

İyunun 7-si sübh saat 10.30 radələrində İran parlamentinə və Tehranın cənubunda olan Xomeyni məqbərəsinə qarşı silahlı hücum olub. Kimliyi bəlli olmayan 4 silahlı şəxs İran parlamentinin giriş qapılarındakı mühafizəçi qüvvələrə tapança və kalaşnikovla atəş açaraq deputatların toplaşdığı zala daxil olmağa çalışıblar.  Atışma zamanı hücumçulardan biri intihar məqsədi ilə özünü partladıb.

 

Eyni hücum,Tehranın cənubunda yerləşən Xomeyninin məqbərəsinə də edilib. Biri qadın olmaqla üç silahlı şəxs məqbərəyə daxil olaraq mühafizəçi qüvvələrə odlu üsilahlardan atəş açıblar. Hücumçulardan birinin isə özünü partlatdığı bildirilir. Hər iki hadisədə ən azı 8 nəfər həlak olub, onlarla nəfər yaranıb.

 

İran mənbələrinin yaydığı məlumatlara əsasən, hər iki hücumda ən azı 12 nəfər həlak olub, 42 nəfər də yaralanıb.

 

İnsidentdən bir neçə saat sonra İŞİD bəyanat yayaraq hər iki hücumun məsuliyyətini üzərinə götürüb.

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN