İDDİA: Amerika Şimali Koreyaya qarşı hərbi müdaxiləyə hazırlaşır, Cənubi Koreya isə…

İDDİA: Amerika Şimali Koreyaya qarşı hərbi müdaxiləyə hazırlaşır, Cənubi Koreya isə…

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) Şimali Koreyaya qarşı hərbi müdaxiləyə hazırlaşdığı iddia edilir.

 

Cənubi Koreya məsələ ilə bağlı sürpriz açıqlama verib.

 

Cənubi Koreyanın müdafiə naziri Honq Yonq-Pyo bildirib ki, ABŞ-ın Şimali Koreyaya müdaxilə fikrini dəstəkləmirik.

 

Nazir verdiyi mətbuat açıqlamasında qeyd edib ki, Vaşinqtonun Şimali Koreyanın nüvə sınaqlarının qarşısını almaq üçün nəzərdə tutduğu hərbi hücum milli təhlükəsizliyə təhdid yaradacaq.

 

Rəsmi Seul Vaşinqtonun hərbi hücumlarını milli təhlükəsizlik çərçivəsində dəyərləndirəcək: "Nəzərdə tutulan hərbi hücumlar Şimali Koreyanın nüvə təhlükəsinin qarşısını almağı hədəfləyir. Amma bizim bu məsələdə əsas məqsədimiz xalqımızın təhlükəsizliyidir".

 

Nazir həm də qeyd edib ki, Şimali Koreyanı nüvə arzusundan vaz keçirmək üçün dialoqlar lazımdır.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN