İki İran gəmisi yanacaq ala bilmədiyindən, Braziliya sahillərində qalıb

İki İran gəmisi yanacaq ala bilmədiyindən, Braziliya sahillərində qalıb

GünAz TV: İrana məxsus iki yük gəmisinin yanacaq ala bilmədiyinə görə, 2 həftədən artıqdır Braziliya sahillərində qaldığı barədə məlumatlar yayılıb.

 

Braziliyanın neft şirkəti “Petrobras” ABŞ-ın İrana qarşı qəbul etdiyi sanksiyalara qoşulduğundan gəmilərə yanacaq satmaqdan imtina edib.

 

“Bavənd” və “Terme” adlı bu yük gəmilərinin Paranqua limanında qaldığı xəbər verilir.

 

Paranqua rəsmilərinin dediklərinə əsasən, gəmilər bir neçə ay öncə Braziliyaya kimyəvi gübrə istehsalında istifadə olunan karbamid maddəsi gətiribmişlər. Onlar bunun əvəzində İrana qarğıdalı aparmalı imişlər.

 

Gəmilər Braziliyadan yanacaq ala bilməsələr, İran onların ölkəyə qayıda bilməsi üçün dayandıqları limana yanacaq göndərməli olacaq.

 

Qeyd etmək lazımdır ki, Amerika nüvə razılaşmasından çıxdıqdan sonra rəsmi Tehrana qarşı sanksiyalar qəbul edib. İki mərhələdən ibarət olan embarqolar paketində İranın neft və qaz sektoru da daxil olmaqla, əksər iqtisadi sahələrinə sanksiyalar tətbiq edilib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN