İki Koreya razılığa gəldi

İki Koreya razılığa gəldi

GünAz TV: Şimali və Cənubi Koreya liderləri Kim Çen In və Mun Çje İn birgə bəyanat imzalayıblar.

 

Oxu.Az-ın xəbərinə görə, bu barədə çərşənbə günü, sentyabrın 19-da “Yonhap” agentliyi məlumat yayıb.

 

Sənədə əsasən, rəsmi Pxenyan və Seul yarımadada nüvə silahından imtinaya dair razılığa gəliblər.

 

Şimali və Cənubi Koreyanın rəhbərləri Pxenyanda danışıqlar aparıblar. Pxenyanın Sunan beynəlxalq hava limanında Mun Çje İni Şimali Koreyanın lideri Kim Çen In özü qarşılamışdır.

 

Səfərdə Cənubi Koreya liderini onun həyat yoldaşı Kim Consuk və 110 nəfərlik nümayəndə heyəti müşayiət edir. Cənubi Koreyanın daha 90 məmuru Pxenyana sentyabrın 16-da gəlib.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN