İlhan Omar İranda etiraz edən xalqa dəstək nümayiş etdirib

İlhan Omar İranda etiraz edən xalqa dəstək nümayiş etdirib

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasının demokrat üzvü İlhan Omar Twitterdə yazdığı statusla İranda etiraz aksiyaları keçirən insanlara dəstək nümayiş etdirib.

 

“Vəhşicəsinə həyata keçirilən repressiyalara rəğmən, öz fundamental hüquqları üçün etirazlar edən insanlarla həmrəylik nümayiş etdirirəm. Biz İran xalqının yanında olmalıyıq”, - deyə İlhan Omar vurğulayıb.

 

O, həmçinin rejimin etirazçılara qarşı həyata keçirdiyi qətliamları kəskin şəkildə pisləyib.

 

Xatırladaq ki, İranda benzinin bahalaşmasına qarşı keçirilmiş etiraz aksiyalarında azı 208 nəfər təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb, minlərlə insan həbs edilib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN