İngiltərə Hizbullahı terror təşkilatları siyahısına salıb

İngiltərə Hizbullahı terror təşkilatları siyahısına salıb

GünAz TV: İngiltərənin Maliyyə Nazirliyi Livanın Hizbullahını terror təşkilatları siyahısına salıb.

 

Nazirliyin bununla bağlı yaydığı bəyanatda qeyd edilir ki, rəsmi London bu gündən etibarən Hizbullahın hərbi və siyasi daxil olmaqla, bütün bölmələrini terror təşkilatı kimi tanıyacaq.

 

Qərara əsasən, Hizbullahın bu ölkədə olan bütün mülk və sərvətləri də müsadirə ediləcək.

 

Bundan öncə Hizbullahın yalnız hərbi qanadı İngiltərə tərəfindən terror təşkilatları siyahısına daxil idi.

 

Hizbullah İranın hərbi və maddi yardım göstərdiyi, Livanda fəaliyyət göstərən terror təşkilatıdır. Rəsmi Tehran hər il təşkilata milyonlarla dollar yardım ayırır.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN