İngiltərədə iqtidar partiyası son 40 ilin ən böyük zəfərini qazandı

İngiltərədə iqtidar partiyası son 40 ilin ən böyük zəfərini qazandı

GünAz TV: «Birləşmiş Krallıqdakı bələdiyyə seçkilərində zəfəri qazanan iqtidardakı Mühafizəkarlar Partiyası olub».

 

İngiltərə, Uels və Şotlandiyanın bəzi bələdiyyələrində keçirilən seçkilərdən gələn nəticələrə görə, Mühafizəkarlar Partiyası ölkədə son 40 ildəki bələdiyyə seçkilərində iqtidar partiyaları arasında ən böyük zəfəri qazanıb.

 

 

Nikola Sturcen Şotlandiya Regional Hökumətinin Baş naziri və bölücü Şotland Milli Partiyasının lideri Nikola Sturcen bu nəticələri belə şərh edib:

 

 

“Mühafizəkarlar Partiyası və İşçi Partiyasının dəstəkçilərinə baxdığınızda bir-birlərinin oxşarı olduğunu görərsiniz. İşçi Partiyasının səsləri indi Mühafizəkarlara gedib. Yəni mühafizəkarlara gedən səs bizdən deyil, İşçi Partiyasındandır”.

 

 

Bu seçkilərdə Mühafizəkarlar 38, İşçi Partiyası 27, Liberal Demokratlar 18 və UKIP isə 5 faiz civarında səs qazanıb. Seçkilərdə ən böyük itkini isə 7 bələdiyyənin rəhbərliyini itirən İşçi Partiyası oldu.

 

 

R.X


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN