İnsan haqları fəalları: “1397-ci ildə İranda insan haqları acınacaqlı vəziyyətdə olub”- Fotolar

İnsan haqları fəalları: “1397-ci ildə İranda insan haqları acınacaqlı vəziyyətdə olub”- Fotolar

GünAz TV: İranda digər illər kimi, 1397-ci il də insan haqlarının ciddi şəkildə pozulması ilə yadda qalıb.  

 

Hicri təqvimlə ötən il ərzində istər Birləşmiş Millətlər Təşkilatı, istərsə də insan haqları sahəsində fəaliyyət göstərən digər mötəbər qurumlar qətnamələr qəbul edərək, İran rəsmilərinin insan haqlarını pozduğunu və rəsmi Tehranın beynəlxalq qurumlar qarşısında qeyd edilən istiqamətdə götürdüyü öhdəliklərə sadiq qalmadığını bildiriblər.

 

15 dekabr 2018-ci ildə (24 azərmah 1397) BMT-nin Baş Assambleyasının qəbul etdiyi qətnamədə İran rəsmiləri tərəfindən insan haqlarının kobud şəkildə pozulması faktlarına təfzilatı ilə yer verilib. İran isə öz növbəsində bu qətnaməni “qərəzli və etibarsız” adlandırıb.

 

Rəsmi Tehranın beynəlxalq ictimaiyyət tərəfindən ən çox tənqid edildiyi məsələlərdən biri də yaşamaq hüququnun pozulmasıdır. Bu barədə İran İnsan Haqları Təşkilatının 1397-ci ilin sonunda yaydığı illik hesabata əsasən, İran dünyada edam cəzalarının ən çox icra edildiyi 2-ci ölkədir.

 

“Amnesty İnternational” təşkilatı miladi təqvimlə 2018-ci ilin yekunlarına dair yaydığı raportda isə 2018-i İran üçün “utan ili” adlandırıb. Hesabatda ötən il ərzində İranda təqribən 7 min nəfərin həbs olunduğu bildirilir. Həmin şəxslər jurnalistlər, ekoloji aktivistlər, tələbələr, vəkillər, insan hüquqları aktivistləri, milli mədəni fəallar, fəhlələr və həmkarlar ittifaqları aktivistləridirlər.

 

İranda yeni- 1398-ci il də bu sahədə ürəkaçan mənzərə ilə başlamayıb. Hazırda zindanlarda yüzlərlə insan öz edam hökmlərinin icrasını gözləyir. Bundan başqa, Abbas Lisani kimi milli mədəni fəallar qondarma ittihamlarla həbsxanada saxlanılırlar.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN