İordaniya əsgərləri alman əsgərlərə silah tuşladı - VİDEO

İordaniya əsgərləri alman əsgərlərə silah tuşladı - VİDEO

GünAz TV: «Hadisədə bir alman əsgərinin şüurunu itirdiyi iddia edilib».

 

Əfqanıstandakı alman əsgərlərin İordaniyalı əsgərlər tərəfindən silah tuşlanaraq yerə uzadıldığı görüntülər yayılıb.

 

Almaniyanın Bild qəzeti, Əfqanıstanda NATO–nun tərkibində olan alman əsgərlərin üzərlərinə silah tuşlanaraq İordaniya əsgərləri tərəfindən yerə uzanmağa məcbur edildiyi göstərən bir video yayıb. Qəzet hadisənin 2014-cü ildə baş verdiyini deyib.

 

Hadisə nəticəsində bir Alman əsgərin şüurunu itirdiyi qeyd edilib.

 

​İordaniya, humanitar yardım səbəbiylə Əfqanıstanda uzun müddətdir əsgər saxlayır. Görüntülərdə döyüşdükləri görülən alman və iordaniyalı əsgərlər, Əfqanıstanda NATO liderliyilə qurulan Beynəlxalq Təhlükəsizlik Dəstək Gücü (ISAF) üçün birlikdə çalışır.

 

 

 

R.X

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN