İordaniya İrandan həbs edilmiş vətəndaşlarını dərhal azad etməyi tələb edib

İordaniya İrandan həbs edilmiş vətəndaşlarını dərhal azad etməyi tələb edib

GünAz TV: İordaniya İrandan bu ölkənin həbs edilmiş 3 vətəndaşını dərhal və heç bir qeyd-şərt olmadan azad etməyi tələb edib.

 

İordaniya Xarici İşlər Nazirinin sözçüsü Süfyan Salman Əlqəzzat bu gün keçirdiyi mətbuat konfransında ölkəsinin İran tərəfindən həbs edilmiş 3 vətəndaşının azad edilməsi üçün hər gün müvafiq addımları atdığını deyib. Onun sözlərinə görə, bu 3 şəxs digər qonşu ərəb ölkələrinin vətəndaşları olan dostları ilə balıq ovu ilə məşğul olan zaman yanlışlıqda İranın regional sularına daxil olublar. O, əlavə edib ki, İran tərəfindən həbs edilən bu şəxslərin dərhal azad edilməsi üçün İordaniyanın Xarici İşlər Nazirliyi və Tehrandakı səfirliyi zəruri addımları atır.

 

XİN söçüsü bildirib ki, İordaniyanın saxlanılan vətəndaşlar ilə görüşən Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili əvəzedicisi İrandan bu 3 şəxsin dərhal azad edilməsini tələb edib.

 

Məsələ ilə bağlı İranın İordaniyadakı səfirliyi də bu ölkənin Xaraci İşlər Nazirliyinə çağırılıb. Onunla görüşən İordaniya XİN-in baş katibi ölkəsinin məsələ ilə bağlı narahatlığını səfirə çatdırıb və həbs edilənlərin dərhal azad edilməsini istəyib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN