İordaniyalı nazir: “İran rəsmiləri danışıqlarına fikir versələr, təhqir etməməyi və ağızlarını yummağı öyrənsələr yaxşı olar”

2017-04-14 11:42

GünAzTV: İordaniyanın informasiya naziri Məhəmməd Əl-Mömini, aprelin 13-də jurnalistlərə açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasiminin İordaniya kralı II Abdullanın bir həftə əvvəl İranla bağlı səsləndirdiyi fikirlərinə qarşı təhqir dolu bəyanatına kəskin reaksiya verib.

 

Məhəmməd Əl-Mömini bildirib ki, İranın hökumət rəsmiləri bəyanat yayarkən diplomatik və etik qaydalara riayət etməlidirlər: “Bizim dünyanın müxtəlif ölkələri ilə müsbət əlaqələrimiz var. Lakin əgər kimsə bizimlə belə təhqiramiz şəkildə və uzun dillə danışmağa başlasa, biz onun bu sözlərinə layiqli cavab verəcəyik. Biz, həmişə demişik və yenə də deyirik ki, əgər İran rəsmiləri bəyanat yayarkən danışıqlarına fikir versələr, başqasını təhqir etməməyi və ağızlarını yummağı öyrənsələr daha məqbul sayıla bilərlər”.

 

Aprelin 7-də “Vaşinqton post” qəzetinə müsahibə verən İordaniya kralı II Abdullah, İranı beynəlxalq terrorizmə dəstəkdə günahlandıraraq deyib ki, İran hökuməti və terrorçu İŞİD qruplaşmasının rəhbəri Əbubəkr əl-Bəğdadi terrorizm tərəzisinin bir gözündə qərarlaşırlar: “Bizim bölgəmizdə bir ucu İrana gedib çıxan strateji bir problem var. Belə ki, İranla, İraq, Suriya və Livan “Hizbullah”ının coğrafi baxımdan bir-birinə yaxınlaşdırılması və onların əlaqələrinin təmin edilməsi uğrunda bəzi cəhdlər göstərilir. Lakin bizim Fələstin-İsrail arasındakı savaşın həlli üçün yol tapmağa fürsətimiz var. Bu isə regionda sabitliyi möhkəmləndirəcək, İran təhdidi ilə üz-üzə qalan İsrailin təhlükəsizliyini təmin edəcək.

 

Əgər biz, Fələstin məsələsinə bir həll yolu tapa bilsək, bölgədə sabitliyin yeni bir mərhələsi başlanacaq. Belə olduqda isə, İsrail məntəqədəki qonşularının yanında təhlükəsiz şəraitdə yaşaya biləcək”.

 

Aprelin 8-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi, jurnalistlərə açıqlamasında İordaniya kralının bu bəyanatına sərt reaksiya verib: “Belə görünür ki, İordaniya kralı bölgədəki terrorizmin nə olduğundan danışarkən strateji bir səhvə yol verib. İordaniya kralının bu düşünülməmiş, bayağı və ucuz bəyanatı, onun regionda baş verən dəyişiklər barədə baxışının nə qədər səthi və dayaz olduğunu göstərir. Yaxşısı budur ki, o, əvvəlcə İŞİD-ə və digər cahil və qan tökən qruplaşmalara qoşulmuş iordaniyalı terrorçuların yaydığı rəsmi statistik rəqəmlərə bir nəzər salsın, sonra gəlib bölgədə terrorizmə qarşı mübarizənin ön cərgəsində hərəkət edən və regionda sabitliyin bərqərar olunması uğrunda çalışan İran haqqında danışsın”.

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Rusiyalı ekspertlər: Cənubi Qafqazda sülhə nail olunmasının yolu Ermənistanın işğal olunmuş əraziləri tərk etməsidir

2020-09-22

gun az article

İlam əyalətində koronavirusdan vəfat edənlərin sayı 239 nəfərə çatıb

2020-09-22

gun az article

Amerika İranın nüvə və raket peoqramı ilə əməkdaşlıq edən onlarla şəxsə və quruma sanksiya qoyub

2020-09-22

gun az article

İranda kasıblıq səbəbindən əhalinin ət alışı 35 faiz azalıb

2020-09-22

gun az article

İranda daha 178 nəfər koronavirusdan ölüb, 3712 nəfər “Covid-19”a yoluxub

2020-09-22

gun az article

ÜST: COVID-19-la mübarizə üçün 200 vaksin kliniki və klinikəqədərki sınaqlar mərhələsindədir

2020-09-22

gun az article

Avropa İttifaqı İrandan bütün nüvə öhdəliklərinə əməl etməsini tələb edib

2020-09-22

gun az article

İranda noyabr etirazçılarından biri "Kəhrizək" zindanında vəfat edib

2020-09-22

gun az article

Əli Rəbii: "Böyük ehtimalla Nətənz partlayışı daxili ünsürlər tərəfindən törədilib"

2020-09-22

gun az article

Əlbürz əyalətində koronavirusdan ölənlərin sayı 1100 nəfərə çatıb

2020-09-22

gun az article

GünazTV Sep.21.2020 : “İran üçün həyəcanlı həftə başladı! Amerika Birləşmiş Ştatlarının bu həftəki addımları Tehran hakimiyyətini qorxuya salıb.”

2020-09-21

gun az article

Bu gün İran və Ermənistanın da iştirakı ilə "Qafqaz-2020" hərbi manverləri başlayır

2020-09-21

gun az article

İranda daha 177 nəfər koronavirusdan vəfat edib

2020-09-21

gun az article

İrandan Ermənistana İsraildə səfirlik açması ilə bağlı "yumşaq" münasibət, Azərbaycana xəbərdarlıq - FOTO

2020-09-21

gun az article

İranın "Xatəmül-Ənbiya Qərargahı" paytaxtın Tehrandan köçürülməsi ilə bağlı Ruhaniyə müraciət edib

2020-09-21

gun az article

Pompeo Avropanın İrana qarşı fəaliyyətsizliyini pisləyib

2020-09-21

gun az article

İranda dolların məzənnəsi yeni rekord həddə yüksəlib: 27 300 tümən

2020-09-20

gun az article

Fars əyalətində daha 12 ölüm halı ilə koronavirusdan ölənlərin sayı 937 nəfərə çatıb

2020-09-20

gun az article

Qum əyalətində daha 204 nəfər xəstəxanalara yerləşdirilib, 10 nəfər koronavirusdan ölüb

2020-09-20

gun az article

Azərbaycanda koronavirus infeksiyasından daha 154 nəfər sağalıb, 146 yoluxma faktı qeydə alınıb

2020-09-20