İordaniyanın tarixi Petra şəhərində turistləri daşıyan avtobus atəşə tutulub

İordaniyanın tarixi Petra şəhərində turistləri daşıyan avtobus atəşə tutulub

GünAz TV: Bu gün İordaniyanın tarixi Petra şəhərində turistləri daşıyan avtobus atəşə tutulub.

 

Ölkənin təhlükəsizlik qüvvələrinin verdiyi məlumata görə, hələlik kim və hansı motivlə törədildiyi məlum olmayan hadisə nəticəsində ölən və yaralanan olmayıb.

 

Qeyd etmək lazımdır ki, İordaniyada Suriya və İraq kimi qonşularına nisbətən terror hadisələri nadir hallarda müşahidə edilir.

 

Petra İordaniyanın ildə milyonlarla turist tərəfindən ziyarət edilən tarixi şəhərləridir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN