“İran Azərbaycan şiələrinə pulsuz narkotik ötürür” - DEPUTATDAN ŞOK AÇIQLAMA

2019-12-12 15:15

GünAz TV: "BURADAKI ŞİƏLƏRİN XEYLİ HİSSƏSİ İRAN KƏŞFİYYATINA İŞLƏYİR”. "İran bu ölkədəki şiə əhalisini Azərbaycan hakimiyyətinə qarşı istifadə etmək kimi böyük potensiala sahibdir”. 

 

BakiPost.az xəbər verir ki, bu sözləri İranlı politoloq Bəhram Əhmədia İran Prezidenti Həsən Ruhaninin İrəvana səfərindən sonra Ermənistanın "1in.am” saytına verdiyi açıqlamada deyib. O bildirib ki, Azərbaycan şiə əhalisi olan müsəlman ölkəsidir və bu, İranın xeyrinə işləyə bilən haldır: "Buna görə də rəsmi Tehran bu ölkədəki şiə əhalisini Azərbaycan hakimiyyətinə qarşı istifadə etmək kimi böyük potensiala sahibdir, lakin İran heç vaxt bu potensialdan yararlanmayıb”.

 

İranlı politoloqun dediklərinə  münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili Fazil Mustafa BakiPost.az-a açıqlamasında ağır ittihamlar irəli sürüb: "Onun dedikləri hardasa doğrudur. İran əsasən şiə kəsm üzərində əzarəti gücləndirmək üçün bütün vasitələrdən istifadə edir. Hətta şiələr içərisində narkomaniyanın yayılmasını kifayət qədər təmin edir. Bunuçün pulsuz olaraq narkotik vasitələri yayır. İslama zidd olan bütün mesajları bu əhali vasitəsi ilə verir. Təbii ki, Azərbaycana bağlı çox sayda şiə inancında olan insanlar da var. Bunlar təbii ki, Azərbaycanın sağlam düşüncəli vətəndaşlarıdır. Amma təəssüf ki, xeyli sayda vətəndaşları İran kəşfiyyat orqanlarına işləməyə cəlb edə biliblər. Bunların əksəriyyəti vətəni yox, İranı müdafiə etməyə daha çox meyillidir. 

 

Bu həqiqətlərin dəfələrlə bizim tərəfimizdən dilə gətirilməsinə baxmayaraq, təəssüf ki, bir çoxları bunu anlamış durumda deyil. Azərbaycan dövlətini qorumaq üçün məhz bu gələn təhlükənin qarşısını almalıyıq. Bizim də mübarizəmiz əslində, bunun üzərində qurulub. Bu baxımdan İranlı politoloqun dediklərində müəyyən həqiqətlər var. Onlar bu istiqamətdə çox böyük işlər görüb”. 

 

 

 

Fazil Mustafa hesab edir ki, artıq İranın belə bir məkirli oyunlar oynaması barədə açıq bəyanatların səslənməsi Azərbaycanın xeyrinədir: "İran bir dəfə də olsun müsəlman sözü işlətmir. Yalnız şiə sözü işlədir. Halbuki biz hamısına müsəlman kimi baxırıq. Bu xəstələrdə ancaq bir məzhəbdən başqa bir anlayış yoxdur. 
 
 
Hesab edirəm ki, indiki məqamda politoloqun açıqlaması, bu cür çağırışların olması Azərbaycanın xeyrinədir. Heç olmasa bizdə yuxarı məqamlarda oturan insanlar az-çox düşünməyə başlayacaqlar ki, təhlükə mənbəyi haradadır. Bəlkə hansısa addımlar atmaq barədə düşündülər. İranın buradakı fəaliyyətinə qarşı cəmiyyəti səfərbər etmək vaxtı çatıb. Bu, çox vacibdir”.
 
 
Mənbə: Bakı Post
 
 
Ə.A
 
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Aug.10.2020: “BMT-nin Təhlükəsizlik Şurası İrana qarşı silah embaqrosu layihəsini müzakirəyə çıxarır”

2020-08-11

gun az article

Nəsrin Sütudə: "Siyasi məhbusların azadlığı üçün aclıq aksiyası edirəm"

2020-08-11

gun az article

TŞ-da İrana qarşı silah embarqosunun uzadılması müzakirə ediləcək

2020-08-11

gun az article

İranda daha 184 nəfər koronavirusdan ölüb, 2345 nəfər xəstəliyə yoluxub

2020-08-11

gun az article

İranda ali məktəblərə qəbul imtahanları təxirə salınıb

2020-08-11

gun az article

Hormozqan əyalətində daha 9 ölüm halı ilə koronavirusdan vəfat edənlərin sayı 610 nəfərə çatıb

2020-08-11

gun az article

Rəsmi Kiyev: "Təyyarənin vurulmasına görə kompensasiyanı İran ödəməlidir"

2020-08-11

gun az article

Kelli Kraft: “Ən düzgün seçim İrana qarşı qoyulan silah embarqosunun müddətinin uzadılmasıdır”

2020-08-11

gun az article

GünazTV Aug.09.2020: “Amerikada İşsizliyə görə verilən həftəlik müavinətlər 600 dollardan 400 dollara endirildi”.

2020-08-10

gun az article

İranlı rəsmi dövlətin koronavirusla bağlı statistikalarını saxta adlandırıb

2020-08-10

gun az article

Eli Kohen: "İsrail İranın hər bir yerində baş verənlərdən məlumatlıdır"

2020-08-10

gun az article

Rəsmi Tehran: "Ukrayna təyyarəsi qurbanlarına təzminatı Avropa şirkətləri ödəməlidir"

2020-08-10

gun az article

İranda daha 2132 nəfər koronavirusa yoluxub, 189 nəfər vəfat edib

2020-08-10

gun az article

Evin həbsxanasında bəzi siyasi məhbuslar koronavirusa yoluxub

2020-08-10

gun az article

Minu Mohrəz: “Koronavirus mutasiya edib. Payızda vəziyyətimiz daha pisləşəcək”

2020-08-09

gun az article

İranda xristianlığı qəbul edən daha 4 nəfər həbsə məhkum edilib

2020-08-09

gun az article

İranın Kirmanşah əyalətində 5.1 bal gücündə zəlzələ baş verib

2020-08-09

gun az article

İranda daha 163 nəfər koronavirusdan ölüb, 2020 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkarlanıb

2020-08-09

gun az article

Əlbürz əyalətində daha 7 nəfər koronavirusdan vəfat edib. İnfeksiyadan ölənlərin sayı 804 nəfərə çatıb

2020-08-09

gun az article

GünazTV Aug.08.2020: “ İran , Çin və Rusiya Amerikadakı seçkilərə müdaxilə etmək üçün fəaliyyətdədir”

2020-08-08