İran “Bavər 373” adlı yeni hava hücumundan müdafiə sisteminin təqdimat mərasimini keçirib- Video

İran “Bavər 373” adlı yeni hava hücumundan müdafiə sisteminin təqdimat mərasimini keçirib- Video

GünAz TV: İranda “Bavər 373” adlı yeni, uzaq mənzilli raketlərlə təchiz edilmiş hava hücumundan müdafiə sisteminin təqdimat mərasimi keçirilib.

 

İran tərəfinin iddiasına əsasən, bu sistem eyni zamanda hündürdə və uzaq məsafədə uçan 300-ə qədər hava hədəfini aşkar edə, onlardan 60-nı izləyə və 6-sını məhv etməyə qadirdir.

 

Yayılan xəbərlərdə onun iranlı mütəxəssislər tərəfindən “Səyyad 1” və “Səyyad 2” sistemlərinin texniki xüsusiyyətlərindən istifadə etməklə hazırlandığı qeyd edilir.

 

Avropa ölkələri və Amerika Birləşmiş Ştatları hər zaman İranın raket proqramından narahatlıq ifadə edirlər. Rəsmi Vaşinqton bildirir ki, İran bu proqramla regionda sülh və təhlükəsizliyi bir-birinə vurur.

 

Digər tərəfdən, Amerik Dövlət Departamenti cari ilin may ayında yaydığı videolarda İranın yerli istehsal kimi təqdim etdiyi hərbi təchizatların hamısının saxta olduğunu bildirmişdi. Həmin görüntülərdə İranın digər ölkələrə məxsus olan, uzun müddət əvvəl istehsal olunmuş və hazırda demək olar ki, istismardan çıxmış hərbi təchizatlardan kopyalandığı nümayiş etdirilirdi.

 

Həmin videolar:

 

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN