İran Bəsrə şəhərində yeni baş konsulluğunu açdı

İran Bəsrə şəhərində yeni baş konsulluğunu açdı

GünAzTV: İran İraqın Bəsrə şəhərində yeni baş konsulluğunu açıb. Yeni diplomatik korpusunun istifadəyə verilməsi, İranın həmin şəhərdəki əvvəlki baş konsulluğunun iraqlı etirazçılar tərəfindən ələ keçirilərək yandırılmasından dörd gün sonraya təsadüf edib.

 

Sentyabrın 11-də yeni baş konsulluq binasının açılış mərasiminə İranın İraqdakı səfiri İrəc Məscidi və İraqın İrana meyilli bir sıra tayfa başçıları qatılıb. Mərasimdə çıxış edən İran səfiri İrəc Məscidi, baş konsulluq binasına hücum edənləri “aldanmış şəxslər” adlandırıb: “Baş konsulluq binasına qarşı edilən hücum, İranla İraq düşmənləri tərəfindən həyata keçirilmiş bir plan idi. Məqsəd isə, iki ölkə arasında olan münasibətlərə xələl gətirmək idi”.

 

Xatırladaq ki, sentyabrın 7-i axşam saatlarında, İraq hökumətinin ölkə əhalisinin üzləşdiyi problemlərin həllinə laqeyd yanaşmasına, şəhərdə su və işıqların tez-tez kəsilməsinə, eləcə də İranın İraqın daxili işlərinə qarşışmasına etiraz bildirən on minlərlə İraq vətəndaşı İranın Bəsrə şəhərindəki baş konsulluğunu ələ keçirərək yandırıblar.

 

 

İran bayrağını yandıran etirazçılar, islam respublikasının qurucusu Ruhullah Xomeyni və İranın hazırkı dini lideri axund Əli Xamneyinin şəkillərini ayaq altına salıb tapdalayaraq, rəsmi Tehranın İraqın daxili işlərinə qarışmasına son qoyulmasını tələb ediblər. Etirazlarda həmçinin İraqın İrana bağlı bir sıra partiya qərargahlarına və İranın maliyyələşdirdiyi bir sıra partiya başçılarının evlərinə də hücum edilib.

 

 

A.M


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN