İran Cümə Namazı Qərargahının sədri: “Sel, zəlzələ və çəyirtkələrin hücumundan qorunmaq üçün zəkat vermək lazımdır”

İran Cümə Namazı Qərargahının sədri: “Sel, zəlzələ və çəyirtkələrin hücumundan qorunmaq üçün zəkat vermək lazımdır”

GünAz TV: İran Cümə Namazı Qərargahının sədri Möhsün Qəraəti “zəkat verməyin xalqın sel, zəlzələ və cəyirtkələrin hücumundan qorunması üçün əsas amil” olduğunu deyib.

 

Onun sözlərinə görə, hazırda İran əhalisinin cəmi 4%-i zəkat verir.

 

İranlı axund aprelin 26-da Şirazda “inqilab dəyərləri”nə həsr olunmuş tədbirdə etdiyi çıxışı zamanı İranın hakim siyasi quruluşunun “Quran ayələri əsasında idarə olunduğu”nu iddia edib, eləcə də xalqı mövcud rejimin qorunub saxlanmasına çağırıb.

 

Möhsün Qəraəti ölkədə Quran təfsirinə daha çox diqqət ayrılmasını, cəmiyyətin diqqətini çəkmək üçün yeni təfsirlərin daha cəlbedici olmasını vurğulayıb.

 

Qeyd etmək lazımdır ki, İranın 25 vilayətində martın sonlarında başlamış və təqribən 3 həftə boyunca davam etmiş daşqınlar nəticəsində azı 76 nəfər ölüb, 1000-dən çox insan yaralanıb. Ölkənin infrastrukturu, əkin sahələri və yaşayış evlərinə ciddi zərər dəyib. Dəymiş ziyanın həcminin milyardlarla dollar olduğu deyilir. Sel fəlakəti səngiməmiş ölkənin cənub vilayətləri yeni problemlə üzləşib. Yağıntıların çox olmasına görə, indi də çəyirtkələr İrana hücum ediblər. Əlaqəli qurumlar bəyan edirlər ki, vaxtında lazımi tədbirlər görülməsə, ziyanvericilər ölkənin əksər bölgələrinə yayılacaq.

 

Digər tərəfdən, prezident Həsən Ruhani zərərlərin aradan qaldırılması üçün “dini lider” Əli Xamneyinin nəzarətində olan fondlardan pul götürülməsini təklif etsə də, ikinci buna qarşı çıxıb. Xamneyi dövlətin bank və sığorta sistemlərindən istifadə edərək, dəymiş zərəri ödəməli olduğunu bildirib və Həsən Ruhaniyə iqtisadi sahədə “tövsiyə”lər edib. “Dini lider” öz nəzarətində olan fondlardan xalqa dəymiş zərərin ancaq cüzi hissəsinin ehtiyac olduğu təqdirdə, ödənəcəyini bəyan edib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN