İran demokratik ölkələr siyahısında ən son pillədə qərarlaşıb

İran demokratik ölkələr siyahısında ən son pillədə qərarlaşıb

GünAz TV: Britaniyanın Ekonomist qəzetinə bağlı qurum olan Ekonomist İnformasiya Mərkəzi özünün yeni reytinq cədvəlində 2018-ci ildə dünya ölkələrində hökm sürən demokratik vəziyyətlə barədə məlumat yayıb.

 

Cədvəldə ən demokratik ölkələr Norveç, İslandiya və İsveç müvafiq olaraq siyahının başında qərarlaşıb. İran isə bütün dünya ölkələri içərisində demokratiyanın vəziyyətinə görə 150 yerdədir.

 

Demokratiya indeksi seçki forması və plüralizm, dövlətin səmərəliliyi, siyasi fəaliyyət azadlığı, siyasi mədəniyyət və vətəndaş azadlıqları kimi 5 meyara əsasən dəyərləndirilir. Reytinq cədvəlində ölkələr həmçinin demokratiyanın vəziyyətinə görə ən yaxşı demokratik mühiti olandan ən pis olana doğru “tam demokratik”, “naqis demokratik”, “orta demokratik” və “diktatura” adlandırılaraq, 4 qismə bölünür.

 

İran hökuməti reytinq cədvəlində totalitar hökumətləri olan ölkələr sırasında göstərilib. İran eləcə də, demokratiyanın vəziyyəti baxımından dünya ölkələri arasında 150-ci yeri tutmaqla, Yaxın Şərq bölgəsində də ən pis demokratiya göstəricilərinə sahib ölkə kimi dəyərləndirilib.

 

İsrail, Tunis və Mərakeş müvafiq olaraq Yaxın Şərqdə ən demokratik ölkələr sıyahısına başçılıq edirlər.

 

İran 2017-ci ilin reytinq cədvəlində də demokratiyanın vəziyyətinə görə dünya ölkələri arasında 150-ci yerdə qərarlaşmışdı və İran hökuməti totalitar hökumət kimi dəyərləndirilmişdi.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN