İran etiraf etdi: “Sərnişin təyyarəsi “Sepah”ın bilməyərəkdən atdığı raketlə vurulub”

2020-01-11 10:52

GünazTV: İran rejimi üç gün inkardan sonra Ukraynanın sərnişin təyyarəsinin “Sepah”ın atdığı yer-göy raketi ilə vurulduğunu etiraf edib.

 

Son üç gündə təyyarənin süqutunun əsas səbəbini gizlətməyə çalışan, qəzanın təyyarədə yaranmış texniki nasazlıq ucbatından süqut etdiyinə israr edən İran hökuməti, Kanada, Amerika, Ukrayna və “Boeing” şirkətinin işə qarışmasından sonra fakt qarşısında qalaraq sərnişin təyyarəsinin raketlə vurulduğunu etiraf etmək məcburiyyətində qalıb.

 

İran Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 11-də bəyanat yayaraq, təyyarənin yol verilmiş “səhv” ə görə “Sepah”ın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu etiraf edib.

 

Bəyanatda bildirilir ki, İran Silahlı Qüvvələrinin Baş qərargahı baş vermiş qəzaya görə, hadisə qurbanlarının ailələrindən üzrxahlıq edərək onlara başsağlığı verir və gələcəkdə bir daha bu kimi halların təkrar olunmaması üçün müəyyən tədbirlər görəcək: “Təəssüflər olsun ki, Tehran-Kiyev sərnişin təyyarəsi səmaya qalxandan sonra “Sepah”ın həssas hərbi mərkəzlərindən birinə yaxın məsafədə uçduğuna görə, səhvən düşmən hədəfi kimi nəzərə alınaraq, bilməyərəkdən “Sepah”ın yer-göy raketi ilə vurulub.

 

“Sepah” rəsmiləri ən qısa bir zamanda mediaya açıqlamalarında hadisənin dettallarını millətə açıqlayacaqlar” –deyə, İran Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı bəyanatda bildirilir.

 

 

Xatırladaq ki, yanvarın 8-i sübh saat 06:00-da Tehrandan Kiyevə uçan Ukrayna Hava Yollarına məxsus "Boeing 737" sərnişin təyyarəsi göyə qalxdıqdan bir neçə dəqiqə sonra Pərənd şəhərciyi yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 11-i Ukrayna vətəndaşı olmaqla, ekipaj heyəti ilə birlikdə 180 nəfər həyatını itirib. Qəzada ölənlərin 147 nəfəri İran vətəndaşlarıdır. Onlardan 63-ü isə həm İran, həm də Kanada vətəndaşları olub. Bildirilir ki, qəzada ölənlərdən 138 nəfəri Kiyevə çatdıqdan sonra növbəti uçuşla Kanadaya gedəcəklərmiş.

 

Qeyd edək ki, təyyarənin İran raketi ilə vurulması barədə yayılan xəbərləri təkzib edən rəsmi Tehran, hadisənin təyyarədə yaranmış texniki nasazlıqdan baş verdiyini bildirir, məsələnin dəqiq araşdırılmasına mane olaraq, təyyarənin iki qara qutusunu "Boeing” şirkətinə və ya Fransaya təhvil verməkdən boyun qaçırır.

 

 

Kanadanın baş naziri Castin Trüdo yanvarın 9-da jurnalistlərə açıqlamasında iki gün əvvəl Tehranın beynəlxalq hava limanı yaxınlığında qəzaya uğrayan Ukraynanın sərnişin təyyarəsinin “Sepah”ın yer-göy raketi ilə vurulduğunu bildirib: “Bizim dünyanın müxtəlif təhlükəsizlik qurumlarından, eləcə də öz kəşfiyyat orqanlarımızdan aldığımız məlumatlar onu göstərir ki, Ukraynanın sərnişin təyyarəsi İranın yer-göy raketi ilə vurulduqdan sonra süqut edib. Əlbəttə, raket səhvən də atılmış ola bilər. Lakin bizim bu barədə yeni və geniş bir araşdırma aparmağa ehtiyacımız var.

 

Mən bu barədə Ukrayna prezidenti ilə də danışmışam. O məni əmin edib ki, qəzanın səbəbləri barədə araşdırma aparılması üçün ekspertlər qrupu ilə tam əməkdaşlıq edəcəklər. Bizim xarici işlər nazirimiz iranlı həmkarı Məhəmmədcavad Zəriflə danışıb və məsələnin araşdırılması üçün kanadalı ekspertlərin İrana səfərinə şərait yaradılmasının vacibliyini vurğulayıb.

 

Bizim hazırda bir diplomatımız Türkiyəyə yola düşüb. İran rəsmiləri isə ona Tehrana gedib məsələni yaxından araşdırması üçün viza verəcəklərinə söz veriblər” –deyə, Kanadanın baş naziri Castin Trüdo əlavə edib.

 

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda dolların məzənnəsi yenidən qalxıb

2020-07-12

gun az article

İranda petrokimya zavodunda yanğın baş verib

2020-07-12

gun az article

“Sepah” polkovniki Qulaməli Kəffaş koronavirusdan ölüb

2020-07-12

gun az article

İranda daha 194 nəfər koronavirusdan ölüb, 2186 nəfər pandemiya xəstəliyinə yoluxub

2020-07-12

gun az article

Gilan və Şimali Xorasan əyalətlərində koronavirusa yoluxanların sayı ikiqat artıb

2020-07-12

gun az article

İranlı rəsmi: “Artıq uşaqlarla yeniyetmələr arasında koronavirusa yoluxma və ölüm hallarının şahidi oluruq”

2020-07-12

gun az article

GünazTV July.11.2020: CENTCOM komandiri: İran hökuməti Süleymani öldürüldükdən sonra qarışıqlıq içindədir

2020-07-11

gun az article

GünazTV July.11.2020: “Ayasofya Məscid, Kilsə, yoxsa Muzey”

2020-07-11

gun az article

"Amnesty İnternational" İranın Məhkəmə Sistemini zalım və qeyri-insani adlandırıb

2020-07-11

gun az article

İranın İrəvandakı səfirindən Qarabağla bağlı ermənilərə böyük jest

2020-07-11

gun az article

İranın Ali Məhkəməsi noyabr etirazlarında tutulan 3 nəfərin edam hökmünü təsdiqləyib

2020-07-11

gun az article

Nətənzdə baş vermiş partlayış İranın nüvə proqramını iki il ləngidəcək

2020-07-11

gun az article

İranda daha 2397 nəfər koronavirusa yoluxub, 188 nəfər ölüb

2020-07-11

gun az article

Brayan Huk: "İranın nef ixracatı 70 min barelə düşüb"

2020-07-11

gun az article

İran parlamentinin Şuştərdən seçilmiş deputatı koronavirusa yoluxub

2020-07-11

gun az article

İranda 2 körpə və 1 uşaq koronavirusdan ölüb.

2020-07-10

gun az article

GünazTV July.10.2020: “Amerikada iqtisadi açılıma gedən ştatlar geri addım ata bilər.”

2020-07-10

gun az article

İranda daha 142 nəfər koronavirusdan ölüb, 2262 yeni “Covid-19” infeksiyasına yoluxma faktı qeydə alınıb

2020-07-10

gun az article

Rəsmi Beyrut: "İrandan qaz almaqla bağlı planımız yoxdur"

2020-07-10

gun az article

Hormozqan əyalətində “Covid-19” pandemiyası qurbanlarının sayı 356 nəfərə çatıb

2020-07-10