İran hava çirkliliyi, zibil tullantıları və torpaq eroziyası sahəsində dünyada 1-ci yerdədir

İran hava çirkliliyi, zibil tullantıları və torpaq eroziyası sahəsində dünyada 1-ci yerdədir

GünAz TV: İran Ekologiya Təşkilatı bu ölkənin hava çirkliliyi, zibil tullantıları və torpaq eroziyası sahəsində dünyada 1-ci yerdə olduğunu bildirib.

 

Təşkilatın sədri İsa Kələntəri də məlumatı təsdiqləyib və ətraf mühit mühafizəçilərini ekologiyaya zərər vuran vətəndaşlara qarşı qanuni tənbeh tədbirlərini tətbiq etməyə çağırıb.

 

O, qoruqlarda gələcək nəsillərə qorunub saxlanmaq üçün nəzərdə tutulan ərazilərin də İranda dünya ölkələri arasında qəbul edilmiş həddən aşağı olduğunu deyib.

 

İsa Kələntəri sonda ölkədə bu qədər ekoloji problemin yaranmasına görə cəmiyyəti günahlandırıb.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN