İran hələ ki, koronavirus səbəbindən Çinlə aviareysləri dayandırmaq barədə qərar qəbul etməyib

İran hələ ki, koronavirus səbəbindən Çinlə aviareysləri dayandırmaq barədə qərar qəbul etməyib

GünAz TV: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Rza Cəfərzadə hələ ki, koronavirus səbəbindən Çinlə uçuşları dayandırıb-dayandırmamaq barədə qərar qəbul etmədiklərini deyib.

 

O, eyni zamanda bildirib ki, hava limanlarında Çindən gələn təyyarələrin sərnişinlərin virusa yoxulub-yoluxmamaları “tam ciddiyyətlə” yoxlanılır.

 

“Hələlik Çindən İrana edilən uçuşların məhdudlaşdırılması və ya ləğv edilməsi ilə bağlı bizə göstəriş verilməyib və bu xüsusda qərar qəbul edilməyib”,- deyə Rza Cəfərzadə əlavə edib.

 

Qeyd etmək lazımdır ki, Çin vətəndaşlarından artıq 10 mindən çoxu yeni yayılan koronavirusuna yoluxub. Onlar arasında ölənlərin sayı isə 200 nəfəri keçib. Bütün ölüm halları Çinin özündə qeydə alınıb.

 

Amerika Birləşmiş Ştatları, Almaniya və Yaponiya 4-cü dərəcəli xəbərdarlıqla öz vətəndaşlarını Çinə səfər etməkdən çəkinməyə çağırıb. Yaponiya həmçinin qeyd edib ki, ölümcül virusa yoluxan xarici ölkə vətəndaşları bu ölkəyə daxil ola bilməyəcəklər. Flippin isə virusun yayıldığı Çinin Hubey əyalətindən olan şəxslərin bu ölkəyə girişini qadağan edib.

 

Facebook, Microsoft və digər şirkətlər öz əməkdaşlarını Çinə səfər etməməyə çağırıblar.

 

Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa görə bütün dünyada fövqəladə vəziyyət elan edib.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN