İran hökuməti məhkumların telefon danışıqlarına məhdudiyyətlər tətbiq edib

İran hökuməti məhkumların telefon danışıqlarına məhdudiyyətlər tətbiq edib

GünAz TV: İran məhkəmə sisteminin sözçüsü Qulamhüseyn İsmayıli ölkənin Həbsxanalar Təşkilatının məhkumların telefon danışıqlarıyla bağlı yeni siyasət tətbiq etdiyini bəyan edib.

 

O bildirib ki, yeni qaydalara əsasən, məhkumlar bundan sonra yalnız ailə üzvləri və yaxın qohumları ilə telefon əlaqəsi qura biləcəklər.

 

“Bu istiqamətdə Həbsxanalar Təşkilatı yeni qərarlar qəbul edib və xüsusi proqram yaradıb. Məhkumlar həmin proqramda öz ailələrinin və yaxın qohumlarının telefon nömrələrini qeyd edəcəklər. Bununla da, onlar bundan sonra sistemdə mövcud olmayan nömrələrlə telefon əlaqəsi yarada bilməyəcəklər”,- deyə Qulamhüseyn İsmayıli əlavə edib.

 

İsmayılinin sözlərinə görə, bu qərarlar telefon danışıqlarından irəli gələn “xoşagəlməz hallar”ı minimuma endirmək üçün qəbul edilib. Sözçü iddia etdiyi “xoşagəlməz hallar”ın nələrdən ibarət olduğunu açıqlamayıb.

 

Qeyd etmək lazımdır ki, bir neçə gün öncə siyasi məhbuslar Məhəmməd Həbibi və Fərhad Meysəmi həbsxanada məhdudiyyətlərin artmasına etiraz olaraq açıq məktub yazmışdılar. Onlar məktubda telefon əlaqələrinə tətbiq edilən məhdudiyyətləri də qeyd etmişdilər.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN