İran hüquq-mühafizə qüvvələrinin yoxsul Əfqanıstan vətəndaşlarına qarşı vəhşicəsinə davranması barədə virdeo-çarx yayılıb - VİDEO

İran hüquq-mühafizə qüvvələrinin yoxsul Əfqanıstan vətəndaşlarına qarşı vəhşicəsinə davranması barədə virdeo-çarx yayılıb - VİDEO

GünAzTV: İran hüquq-mühafizə qüvvələrinin yoxsulluq ucbatından iş tapmaq məqsədilə qanunsuz yollarla sərhəddi keçərək İrana gəlmiş Əfqanıstan vətəndaşlarına qarşı kobud davranması, onları təhqir edərək döyüb işgəncə verməsi barədə sosial şəbəkələrdə bir video-çarx yayılıb.

 

Hadisənin nə vaxt və İranın hansı bölgəsində baş verdiyi bilinməsə də, video-çarxdan da göründüyü kimi, İran hüquq-mühafizə qüvvələrində xidmət edən qəzəbli bir əsgər cərgəyə düzülmüş bir qrup himayəsiz Əfqanıstan vətəndaşına yaxınlaşaraq, onların nəyə görə İrana gəldiklərini soruşur. Əsgər daha sonra əfqanlı mühacirlərin adlarını soruşaraq bir-bir onların üzünə şillə vurur, onlara “otur-dur” əmri verərək, təhqir edir, işgəncə verir. Bütün bunlar baş verdiyi bir vaxtda isə, üzləri görünməyən əsgər həmkarlarının təhqir dolu gülüşlərinin səsi eşidilir. Sosial şəbəkələrdə yayılan həmin səhnələr, dünyanın müxtəlif yerlərində yaşayan Əfqanıstan vətəndaşlarının kəskin etirazı ilə qarşılanıb.

 

Xatırladaq ki, hazırda İranda 2 milyondan çox Əfqanıstan vətəndaşı yaşayır. Onların az bir qismi qanuni yaşasalar da, əksəriyyəti qeydiyyata alınmayıb.

 

Beynəlxalq Miqrasiya Təşkilatı cari ilin avqust ayında yaydığı bir bəyanatda bildirib ki, İranda iqtisadi böhranın yaşanmasını və İran milli valyutasının dəyərini itirməsini nəzərə alaraq, son aylar İranda yaşayan yarım milyona yaxın Əfqanıstan vətəndaşı öz ölkəsinə dönüb.

 

VİDEO:

 

 

A.M

 


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN