İran iqtisadiyyatına dəstək verməkdə günahlandırılan türkiyəli keçmiş nazir həbsə məhkum edilib - Amerikada

İran iqtisadiyyatına dəstək verməkdə günahlandırılan türkiyəli keçmiş nazir həbsə məhkum edilib - Amerikada

GünAz TV: Amerika Birləşmiş Ştatlarında (ABŞ) Nyu-York prokurorluğu Türkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayanın həbsi barədə qərar qəbul edib.

 

"Trend"in yaydığı məlumata görə, bu barədə Türkiyə kütləvi informasiya vasitələri yazıb.

 

Bundan başqa, "Xalq Bank"ın (Türkiyə) keçmiş rəhbəri Süleyman Aslanın həbsi barədə də qərar verilib.

 

Qeyd edək ki, bir neçə gün öncə Nyu-York prokurorluğu türkiyəli keçmiş nazir barəsində İran iqtisadiyyatının inkişafına dəstək göstərmək, eləcə də çirkli pulların yuyulması ittihamları ilə cinayət işi qaldırmışdı.

 

N.S


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN