İran İraqla sərhəddə nəzarət-buraxılış məntəqələrini bağlayıb

İran İraqla sərhəddə nəzarət-buraxılış məntəqələrini bağlayıb

GünAz TV: İraqda başlayan kəskin etiraz dalğalarından sonra İran bu ölkə ilə sərhəddə yerləşən “Xosrəvi” və “Çəzabə” nəzarət-buraxılış məntəqələrini bağlayıb.

 

Bununla bağlı məlumatı İran Sərhəd Qoşunlarının komandanı Qasım Rzayi ötən gün keçirdiyi mətbuat konfransında verib. O, qərarın İran vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edildiyini deyib.

 

“Xosrəvi” sərhəd buraxılış məntəqəsi Kirman əyalətinin Qəsri Şirin şəhərində, İraqın “Diyalə” mühafəzəsi yaxınlığında, “Çəzabə” isə Əhvazın 110 kilometrliyində, İraqın “Əmarə” mühafizəsinin yaxınlığında yerləşir.

 

Xatırladaq ki, bir neçə gündür İraqda dövlətin yarıtmaz siyasəti və İranın bu ölkədəki fəaliyyətlərinə qarşı keçirilmiş etiraz aksiyaları toqquşmalara çevrilib. Təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində bu saata qədər 33 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı bildirilir.

 

Ə.A


HƏMÇİNİN OXUYUN

HƏMÇİNİN OXUYUN